Bakıda aparılan təmir işləri ilə əlaqədar bəzi küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq ediləcək.
Yeniera.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
“Xarici Dairəvi avtomobil yolunun yan yolu (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinə qədər) 1 avqust saat 06:00-dan 3 avqust saat 06:00-dək – yol tam bağlanacaq. Şeyx Şamil küçəsi (H.Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinə qədər) və Lermontov küçəsi (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinə qədər) 1 avqust – 3 avqust – yollar tam bağlanacaq. Mikayıl Müşfiq küçəsi (Mətbuat prospektindən Parlament prospektinə qədər) 31 iyul saat 20:00-dan 3 avqust saat 06:00-dək – hərəkət qismən məhdudlaşdırılacaq. Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər) 31 iyul saat 20:00-dan 3 avqust saat 06:00-dək – yol tam bağlanacaq. Sürücülərdən qeyd olunan müddətdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və təmir aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.
