6 oktyabr 2026-cı il, çərşənbə axşamı, üç bürc astroloji tranzitin güclü maliyyə təsiri altında olacaq. Ay və Yupiterin Şir bürcündə birləşməsi onların qarşısında geniş maliyyə imkanları açacaq və çoxdan gözlənilən gəliri gətirəcək.
Yeniera.az xəbər verir ki, bu astroloji aspekt böyük arzuları, yüksək potensialı və resursların genişlənməsini simvolizə edir. Astroloqlar hansı bürc nümayəndələrinin pul axınına hazırlaşmalı olduğunu açıqlayıblar.
Xərçəng
Xərçənglər üçün vəziyyətin köklü şəkildə dəyişəcəyi bir dövr başlayır: adi xərclərin əvəzinə onları çoxdan gözlənilən maliyyə artımı gözləyir. Yupiterin təsiri düşüncələri gücləndirir, buna görə astroloqlar diqqəti maliyyə uğuruna yönəltməyi tövsiyə edirlər. Yeni imkanlara açıq olmaq və özünə inam lazımi vəsaitin əldə edilməsinə kömək edə bilər.
Oxatan
Bu bürcün nümayəndələri öz əsas himayədarları olan Yupiterin dəstəyini tam hiss edə biləcəklər. Uğur və bolluq planeti Ay ilə birlikdə pul axınının sürətlənməsinə səbəb olacaq. Oxatanların hazırda üzərində çalışdıqları layihələr nəzərəçarpacaq gəlir gətirməyə başlayacaq, Kainat isə onların maddi istəklərinin reallaşmasına dəstək verəcək.
Dolça
Dolçalar nəhayət öz qabiliyyətlərinə dair şübhələrdən qurtulacaqlar. Sərvət cəlb etmək bacarıqlarını dərk etmələri uğurun əsas amilinə çevriləcək. İradə və düzgün düşüncə tərzi Dolçalara nəinki böyük məbləğlər əldə etməyə, həm də uzunmüddətli maliyyə rifahının təməlini qoymağa kömək edəcək./modern

