Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Moskvaya hücum: Ölənlər var
  • 4 yaşlı uşağın barmağında dəmir halqa qaldı – Video
  • Faktiki hava açıqlandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bu şəxslər yüksək pensiya məbləği seçə biləcəklər – Qaydalar təsdiqləndi

Bu şəxslər yüksək pensiya məbləği seçə biləcəklər - Qaydalar təsdiqləndi

Cəmiyyət Ariz Əhədov02.12.2025 - 10:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilən yeni dəyişiklikləri təsdiq edib. Yeni qaydalara ilə daha tez pensiyaya çıxmaqla bağlı proseduralar daha da sadələşib və əlçatanlıq artırılıb.

“Əmək pensiyaları” haqqında Qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan siyahıda azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Yeniera.az-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu hüququn reallaşması üçün isə həmin vətəndaşlarımızın işlədiyi müəssisə üzrə işəgötürən tərəfindən arayışa təqdim edilməsinə ehtiyac vardı.

“Ancaq bəzi hallarda, xüsusən həmin müəssisələrin fəaliyyətlərini dayandırması səbəbindən belə arayışların alınmasında çətinliklər oldu. Nəticədə, bəzi hallarda vətəndaşlarımız öz pensiya hüquqlarından daha tez istifadədə çətinliklər ilə üzləşirdilər. Yeni dəyişikliyə əsasən, qeyd edilən səbəbdən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq. Bu zaman, güzəştli sahədə iş stajının hesablanması isə “Əmək və Məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən aparılacaq. Bununla yanaşı, əmək kitabçasında olan qeydə və ya dövlət arxivinin arayışına əsasən də təyinat mümkün olacaq.

Yeni dəyişikliklər ilə qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq. Yəni, bu hallarda vətəndaşın gözlənilən pensiya məbləğində artımlar olacaq.

Daha sadə izah etsək: güzəştli şərtlər ilə pensiya hüququ olan vətəndaşımızın əvvəllər işlədiyi iş yeri bağlanıbsa və arayış ala bilmirsə yeni qaydalardan sonra əmək kitabçasında qeyd və ya arxiv sənədi ilə təyinat mümkün olacaq və hansı pensiya növü üzrə məbləğ yüksək olarsa vətəndaşımızın daha çox olanı seçmək hüququna malik olacaq. Bu isə, pensiya təyinatının asanlaşdırılmasına və bir sıra hallarda isə pensiya məbləğlərinin artmasına xidmət edəcək”, – deputat qeyd edib.

Bənzər Xəbərlər

20.09.2026 - 13:37Gülnar Əliyeva

Moskvaya hücum: Ölənlər var

20.09.2026 - 11:10Gülnar Əliyeva

Faktiki hava açıqlandı

20.09.2026 - 10:40Gülnar Əliyeva

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü

20.09.2026 - 09:00Gülnar Əliyeva

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video

20.09.2026 - 00:45Gülnar Əliyeva

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

20.09.2026 - 00:10Gülnar Əliyeva

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

19.09.2026 - 19:40Gülnar Əliyeva

Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - Fotolar

19.09.2026 - 14:32Gülnar Əliyeva

“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - VİDEO

19.09.2026 - 14:15Gülnar Əliyeva

İlham Əliyev daha bir SƏRƏNCAM İMZALADI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 066

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 100

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 025

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 818
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.