Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Moskvaya hücum: Ölənlər var
  • 4 yaşlı uşağın barmağında dəmir halqa qaldı – Video
  • Faktiki hava açıqlandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Moskvaya hücum: Ölənlər var

Moskvaya hücum: Ölənlər var

Dünya Gülnar Əliyeva20.09.2026 - 13:37
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Moskva Ukrayna müharibəsi başlayandan bəri ən böyük PUA hücumuna məruz qalıb.

Oxu24.com xəbər verir ki, mer Sergey Sobyaninin sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri şənbə günündən bəri 1600-dən çox Ukrayna dronunu vurub. O, dronların 450-sinin paytaxta yaxınlaşarkən vurulduğunu söyləyib.

Bir neçə dron Kapotnyadakı Moskva Neft Emalı Zavoduna çatıb. Şahidlərin sözlərinə görə, hücumdan sonra neft emalı zavodunda yanğın baş verib. Sobyanin dronların neft emalı zavodunun ərazisinə çatdığını təsdiqləyib.

Daha bir dronun Moskvada yaşayış binasına dəydiyi bildirilib. Rusiya paytaxtında Ukraynanın dron hücumu nəticəsində itki olmayıb.

Ən ağır nəticələr Moskva vilayətində qeydə alınıb. Qubernator Andrey Vorobyovun sözlərinə görə, təkcə səhər saat 3:00-dan 5:00-dək hava hücumundan müdafiə qüvvələri və elektron müharibə sistemləri vilayətin 17 şəhərində 249 dronu vurub. Hücumlar nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb. Yaralananlardan ikisinin uşaq olduğu bildirilib.

Ramenskoye rayonunda, Severnoye şossesindəki 21 mərtəbəli yaşayış binasının damı dron hücumundan sonra alovlanıb. Binadan 70 uşaq da daxil olmaqla 400 nəfər təxliyə edilib. İyirmi avtomobilə ziyan dəyib.

Sofyino şəhərinin Novaya küçəsində üçmərtəbəli yaşayış binasına dron zərbəsi endirilib. Üçüncü mərtəbədəki altı mənzilə ziyan dəyib. 44 yaşlı qadın həlak olub. İki uşaq da daxil olmaqla daha beş nəfər yaralanıb. Uşaqlar xəstəxanaya yerləşdirilib.

Orexovo-Zuyevski şəhərində PUA hücumu nəticəsində yaşlı kişi ölüb.

Moskva vilayətində dron hücumu nəticəsində 20 nəfərin yaralandığı bildirilib.

Ukraynanın dron hücumunun hədəflərindən birinin Moskva vilayətinin əhəmiyyətli bir hissəsini elektrik enerjisi ilə təmin edən 22 nömrəli İstilik Elektrik Stansiyası olduğu bildirilib.

Sosial şəbəkələrdə yayılmış görüntülərdə Moskvadan təxminən 20 km məsafədə Ukraynanın FP-5 “Flamingo” dronunun qalıqlarının aşkar edildiyi bildirilib.

Kütləvi dron hücumu ilə əlaqədar Moskvanın bütün aeroportlarında uçuşlara məhdudiyyətlər qoyulub.

Rusiya rəsmiləri Ukraynanın Moskvaya kütləvi dron hücumunun məqsədinin Dövlət Dumasına keçirilən seçkiləri pozmaq olduğunu açıqlayıb. Bildirilib ki, dron hücumlarına baxmayaraq, seçki məntəqələri vaxtında açılıb. Rusiya MSK məntəqələrin bağlanmasına 12 saat qalmış Moskvada seçici fəallığının 40,2 faiz olduğunu açıqlayıb.

Sentyabrın 20-nə keçən gecə Moskva və Moskva vilayəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

****

Oxu24.com-un xəbərinə görə, Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukrayna Ordusunun Moskvaya ən kütləvi PUA hücumunu dəf edib, dünəndən etibarən bütün istiqamətlərdə 1,6 mindən çox PUA zərərsizləşdirilib.

Moskva vilayətində PUA hücumu nəticəsində iki nəfər – Orexovo-Zuyevoda yaşlı kişi və Sofyinoda bir qadın ölüb. Daha beş nəfər xəsarət alıb, onların arasında iki uşaq da var. Uşaqlar xəstəxanaya yerləşdirilib və onlara bütün zəruri tibbi yardım göstərilir. Həmçinin Leninski şəhər dairəsində bir nəfərin xəsarət aldığı məlum olub.

Moskvada Moskva Neft Emalı Zavodunun ərazisində bir obyektə ziyan dəyib. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.

Ramenskoyedə PUA-nın düşməsi nəticəsində 21 mərtəbəli binanın dam örtüyü yanıb, 400 nəfər, o cümlədən 70 uşaq təxliyə edilib. 20 avtomobilə ziyan dəyib. Dairə rəhbəri Eduard Malışev həmçinin ticarət mərkəzinə PUA düşdüyünü bildirib.

Sofyinoda hücum nəticəsində anbar kompleksinin ərazisində yanğın baş verib. Yanğının söndürülməsinə səkkiz yanğınsöndürmə briqadası cəlb olunub.

İstrada yaşayış binasına və müəssisə binasına ziyan dəyib.(Apa)

Bənzər Xəbərlər

20.09.2026 - 11:10Gülnar Əliyeva

Faktiki hava açıqlandı

19.09.2026 - 19:40Gülnar Əliyeva

Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - Fotolar

19.09.2026 - 13:20Gülnar Əliyeva

“Mossad”la əməkdaşlığa görə edam edildi

19.09.2026 - 12:40Gülnar Əliyeva

Bazar gününün havası

19.09.2026 - 12:27Gülnar Əliyeva

İşləyən şəxslərin diqqətinə!Həftəsonu istirahət günləri dəyişəcək

19.09.2026 - 01:45Gülnar Əliyeva

Ruslar donuzdan sürətlə imtina edir – Hinduşkaya tələbat artdı, bu səbəbə görə

19.09.2026 - 01:37Gülnar Əliyeva

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

19.09.2026 - 01:18Gülnar Əliyeva

ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı

18.09.2026 - 22:00Gülnar Əliyeva

Bu yol 2 gün bağlı olacaq - Sürücülərin nəzərinə!

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 066

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 100

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 025

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 818
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.