Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezidentlər və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdirdilər
  • Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi – SƏRƏNCAM
  • Xəzərdə faciəvi şəkildə ölən çilingərin – Fotosu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

İqtisadiyyat Gülnar Əliyeva22.08.2026 - 15:07
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Gələn aydan Azərbaycanda sahibkarlar üçün bir sıra yeni güzəştlər qüvvəyə minir.

Yeniera.az modern.az-a istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən ixracatçıların daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq, bəzi gömrük rəsmiləşdirilməsi xərcləri isə kompensasiya ediləcək.

Belə ki, sentyabrın 1-dən Prezident İlham Əliyevin imzaladığı fərmanlara əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı sahibkarların qarşılaşdığı gömrük rəsmiləşdirilməsi və daşınma xərclərinin bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya ediləcək.

Yeni mexanizm, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların xərclərinin azaldılmasına və Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına yönəlib.

Sentyabrın 1-dən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı yaranan daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Bu güzəşt dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatda olan avtomobillərlə həyata keçirilən daşımalar üçün nəzərdə tutulub. Xaricdə qeydiyyatda olan avtomobillərdən istifadə zamanı isə dövlət dəstəyi 50 faizədək olacaq.

Lakin kompensasiyanın məbləği müəyyən hədlərlə məhdudlaşdırılacaq. Avtomobil, dəmir yolu və hava nəqliyyatı ilə daşınmalarda dəstək ixrac olunan məhsulun gömrük dəyərinin 15 faizindən, dəniz daşımalarında isə 5 faizindən çox ola bilməyəcək.

Yeni mexanizm Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarına da şamil ediləcək.

Belə ki, Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması zamanı çəkilən xərclərin 70 faizədək hissəsi dövlət tərəfindən kompensasiya olunacaq.

Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi üzrə yığımların bir hissəsi də dövlət büdcəsi hesabına kompensasiya olunacaq.

Kompensasiyanın məbləği məhsulun növündən, ixrac edildiyi ölkədən və müəyyən edilmiş yuxarı həddən asılı olacaq. Yeni güzəştlər 1 sentyabr 2026-cı ildən etibarən 10 il müddətində tətbiq ediləcək.

Sentyabrın 1-dən daha bir vergi yeniliyi qüvvəyə minir. Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.

Bənzər Xəbərlər

23.08.2026 - 15:45Gülnar Əliyeva

Xəzərdə faciəvi şəkildə ölən çilingərin - Fotosu

23.08.2026 - 15:20Gülnar Əliyeva

“Sabah” – “Hapoel” oyununun hakimləri bilindi

23.08.2026 - 13:53Gülnar Əliyeva

“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto

23.08.2026 - 13:50Gülnar Əliyeva

Prezident Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi

23.08.2026 - 13:05Gülnar Əliyeva

Göyçayda ağır yol qəzası: 2 ölü, 2 yaralı - FOTO

23.08.2026 - 13:00Gülnar Əliyeva

Bu tarixdə Azərbaycanda 40 dərəcə isti olacaq  — PROQNOZ

23.08.2026 - 12:25Gülnar Əliyeva

Qazaxıstanda parlament seçkiləri keçirilir

23.08.2026 - 12:22Gülnar Əliyeva

Azərbaycanda yeni qanun bu gündən qüvvəyə mindi

23.08.2026 - 00:20Gülnar Əliyeva

İrəvanda Kərki təşvişi – “Bir neçə həftəyə Azərbaycan hərbi bazası olacaq”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 871

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 966

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 923

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 744
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.