“Ağciyər Xəstəlikləri Mərkəzi” PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri – baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib.
Yeniera.az xəbər verir ki, hazırda onun yerinə təyinat yoxdur.
M.Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, Mirrəhim Nəbiyev daha əvvəl Masallı Rayon Vərəm Dispanserinin baş həkimi vəzifəsində çalışıb.

