Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Çıxarışlarla bağlı ŞAD XƏBƏR: Milli Məclisdən önəmli qərar
  • Ali Məhkəmənin hakiminə ağır itki üz verdi
  • Elburus İsmayılov VƏFAT ETDİ – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib

Siyasət Ariz Əhədov28.08.2025 - 17:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

28 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Bu barədə Yeniera.az-a XİN-dən məlumat verilib.

Görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan və Aİ arasında iqtisadi, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. İki tərəf arasında yüksək səviyyədə təmasların məmnunluq doğurduğu, dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Avropa İttifaqının sülh prosesinə müxtəlif istiqamətlərdə dəstək verməyə hazır olduğunu bildirib.

Nazir Ceyhun Bayramov, öz növbəsində Vaşinqton sammiti zamanı əldə edilmiş tarixi razılıqlar,

Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə qarşı tərəfə məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər Xəbərlər

19.06.2026 - 12:30Ariz Əhədov

Prezidentin köməkçisi ŞAD XƏBƏRİ AÇIQLADI:Dövlət Proqramı hazırlanıb

18.06.2026 - 23:20Ariz Əhədov

Prezident AÇIQLADI - Bu məsələ NƏZARƏTƏ götürülür

18.06.2026 - 21:00Ariz Əhədov

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

18.06.2026 - 19:15Ariz Əhədov

“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev

18.06.2026 - 19:00Ariz Əhədov

“Dostlarımızın sayı ilbəil artır” - Video

18.06.2026 - 15:15Ariz Əhədov

İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib

18.06.2026 - 13:20Ariz Əhədov

Prezident İİB Qrupunun sədrinə “Dostluq” ordenini təqdim etdi - Fotolar

17.06.2026 - 19:42Ariz Əhədov

Paşinyan BAKIYA gələcəyini AÇIQLADI

17.06.2026 - 16:00Ariz Əhədov

Prezidentdən daha bir SƏRƏNCAM

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 766

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 181

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.