Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 1 qəpiklik yumurtanın içindən görün nə çıxdı — VİDEO
  • Ruslan Baxşəliyev şöbə müdir təyin edildi
  • Rəşadət Əlizadənin MEYİTİ TAPILDI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»DİN-də mühüm tədbir: Vilayət Eyvazov da iştirak edir

DİN-də mühüm tədbir: Vilayət Eyvazov da iştirak edir

Gündəm Ariz Əhədov20.06.2026 - 17:16
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

​Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2025-2026-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Yeniera.az xəbər verir ki,​tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Hərbi İnstitutun inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib. O, məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdırıb.

Nazir Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin əsas struktur qurumlarından olan Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsinin, müasir silah və texnika ilə təminatının, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən hər zaman nəzarətdə saxlanıldığını xüsusi qeyd edib. Göstərilən ali diqqət və ardıcıl dəstək nəticəsində Daxili Qoşunlar qarşıya qoyulan istənilən xidməti-döyüş tapşırığını uğurla və layiqincə yerinə yetirməyə qadir olduğunu bildirib.

Daxili işlər naziri Qoşunların peşəkar kadr özəyinin formalaşmasında, şəxsi heyətin döyüş hazırlığında əldə etdiyi yüksək nəticələrə görə Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının rolunu xüsusi vurğulayıb.

O, bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasında əzmkar fəaliyyətini yüksək dəyərləndirib, Daxili Qoşunların Hərbi İnstitutunun bu gün öz təyinatına uyğun olaraq Qoşunlar üçün yüksək ixtisaslı, peşəkar zabit heyətinin hazırlanması ilə bağlı çox böyük işlər gördüyünü, bu mühüm vəzifənin gələcəkdə də layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Nazir V.Eyvazov gənc zabitləri, onların valideynlərini və yaxınlarını Hərbi İnstitutu uğurla bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil ocağının rəhbərliyinə, zabit-müəllim heyətinə təşəkkürünü bildirib.

Kursant Hüseyn Bilişov onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, DİN rəhbərliyinə və Hərbi İnstitutun zabit-müəllim heyətinə minnətdarlığını çatdırıb, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərini, hərbçi şərəfini hər zaman uca tutacaqlarını bildirib.

Sonra Döyüş Bayrağı üçüncü kursun kursantlarına təhvil verilib. Gənc zabit Ömər Səfərli “Yaş kötüyü”nə rəmzi xatirə lövhəsini vurub.

Tədbirin sonunda daxili işlər naziri V.Eyvazov Hərbi İnstitutu fərqlənmə və “baş leytenant” rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib.

Gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər.

Bənzər Xəbərlər

20.06.2026 - 18:12Ariz Əhədov

Ruslan Baxşəliyev şöbə müdir təyin edildi

20.06.2026 - 18:10Ariz Əhədov

Rəşadət Əlizadənin MEYİTİ TAPILDI

20.06.2026 - 18:09Ariz Əhədov

DİQQƏT! Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

20.06.2026 - 17:20Ariz Əhədov

Flora Kərimova xəstəxanadan evə buraxıldı

20.06.2026 - 17:19Ariz Əhədov

Pərişan Həsənova vəfat etdi - FOTO

20.06.2026 - 16:39Ariz Əhədov

Türkiyədə iki zəlzələ oldu

20.06.2026 - 16:34Ariz Əhədov

Bu ölkədə ağır təyyarə QƏZASI: Tanınmış iş adamı HƏLAK OLDU

20.06.2026 - 13:53Ariz Əhədov

Arda Gülər və Hakan Çalhanoğludan etiraf: “Xəcalət çəkirik, üzr istəyirik”

20.06.2026 - 13:51Ariz Əhədov

Polis əməliyyat keçirdi: 148 nəfər SAXLANILDI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 188

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.