Türkiyədə Aralıq dənizində 4,7 və 5,3 bal gücündə iki zəlzələ baş verib.
Yeniera.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) “X” hesabında paylaşılıb.
AFAD-ın məlumatına görə, zəlzələlər Aralıq dənizinin Muğla vilayəti sahilində 9,32 və 35,5 km dərinlikdə qeydə alınıb.

