Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053
  • 100 RUB 1.9948
  • GBP 2.2514
  • TRY 0.0345
  • CNY 0.2540
  • GEL 0.6557
  • 100 KZT 0.3751
  • UAH 0.0379
  • AED 0.4628
İqtisadiyyat

Dövlətin cari xərcləri tamamilə qeyri-neft gəlirləri hesabına qarşılanacaq

Dövlətin cari xərcləri tamamilə qeyri-neft gəlirləri hesabına qarşılanacaq

2029-cu ildə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına tam təmin olunacağı gözlənilir. Bu isə qeyri-neft gəlirlərinin artımı ilə yanaşı cari xərclərin optimallaşdırılması hesabına mümkün olacaq.

Yeniera.az xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.

Məlumata görə, 2026-cı ildə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına 88.1% təmin olunacağı gözlənilir. 2027-ci ildə bu göstəricinin artaraq 95,2%-ə, 2028-ci ildə 98,7%-ə, 2029-cu ildə isə 101,5%-ə çatacağı proqnozlaşdırılır.

Məlumata görə, eyni dövrdə cari xərclərin artım tempi 2026-cı ildə 1,65%, 2027-ci ildə -0,5%, 2028-ci ildə 2,3% və 2029-cu ildə 2,5% olacaq.

Paylaş: