Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tale Heydərov anası ilə şəklini paylaşdı
  • Amputasiya edilmiş ayaqları bərpa etdilər – Çində unikal əməliyyat
  • Sabah leysan olacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maqazin»Elşad Xose ilə bağlı SİRR PƏRDƏSİ: Telefonuna zəng çatmır, yaxınları…

Elşad Xose ilə bağlı SİRR PƏRDƏSİ: Telefonuna zəng çatmır, yaxınları...

Maqazin Gülnar Əliyeva17.08.2026 - 11:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

2026-cı il iyulun 28-də Azərbaycan mediasında tanınmış reper Elşad Xosenin səhhətinin ağırlaşması və Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə məlumatlar yayıldı. Xəbər qısa müddətdə müxtəlif media resursları və sosial şəbəkə səhifələri tərəfindən tirajlandı.

Yeniera.az xəbər verir ki, ilkin məlumatlarda Xosenin xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin ağır olduğu iddia edilirdi. Lakin həmin vaxt məlumatı təsdiqləyən Elşad Xosenin özü, ailəsi və ya rəsmi dövlət qurumu tərəfindən açıqlama verilməmişdi.

Araşdırma zamanı görünür ki, xəstəxanaya yerləşdirilmə xəbəri müxtəlif saytlarda müstəqil mənbələrə əsaslanmadan yayılıb. Bir sıra media orqanları məlumatın SKNDL MAG tərəfindən yayıldığını qeyd edib. Daha sonra xəbər digər saytlar tərəfindən dərc olunub.

Beləliklə, xəbərin ilk mərhələsində əsas problem məlumatın rəsmi təsdiqini tapmaması idi.

Xəstəxanadan nə deyildi?

Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinə müraciət olundu.

Nazirliyin Mətbuat Xidməti bildirdi ki, şəxsin psixi sağlamlığı, psixiatriya və narkoloji xidmətlərdən istifadə edib-etməməsi ilə bağlı məlumatlar tibbi sirr hesab olunur. Buna görə də konkret şəxsin psixiatriya və ya narkoloji müəssisədə qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və mediaya açıqlana bilməz.

Nazirliyin açıqlamasına əsasən, belə məlumat yalnız şəxsin razılığı və ya qanunvericilikdə nəzərdə tutulan hallarda, məsələn, səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər.

“Vəziyyəti ağırdır” məlumatı necə yayıldı?

İlkin xəbərlərdə Xosenin vəziyyətinin ağır olduğu da yazılmışdı. Lakin araşdırdığımız mənbələrdə bu iddianı təsdiqləyən tibbi açıqlama və ya xəstəxananın rəsmi məlumatı yoxdur. Əksinə, xəstəxananın xəbərləri təkzib etdiyi bildirilib.

Hadisə bir daha göstərdi ki, tanınmış şəxslərin səhhəti ilə bağlı yayılan məlumatlarda sosial şəbəkə paylaşımı ilə təsdiqlənmiş məlumat arasında ciddi fərq var.

Elşad Xose ilə bağlı hadisədə ilkin iddia sürətlə yayılsa da, sonrakı araşdırma həmin iddianın təsdiqlənmədiyini ortaya qoyub. Respublika Psixiatriya Xəstəxanası xəbəri təkzib edib, Səhiyyə Nazirliyi isə tibbi məxfilik səbəbindən konkret məlumat verməyib.

Məlumatları dəqiqləşdirmək və Elşad Xosenin son durumunu öyrənmək üçün yaxınları ilə əlaqə saxlamağa çalışsaq da, bu cəhdlərimiz nəticə vermədi. Vaxtilə reperin mediaya açıq olan telefon nömrələrinin bir qisminə indi ya zəng çatmır, ya da zəngi cavablamaq istəmirlər. Ümid edirik ki, tezliklə reperlə bağlı müsbət xəbərlər eşidəcəyik… (bakıvaxtı.az)

Bənzər Xəbərlər

18.08.2026 - 14:05Gülnar Əliyeva

Tale Heydərov anası ilə şəklini paylaşdı

18.08.2026 - 13:53Gülnar Əliyeva

Amputasiya edilmiş ayaqları bərpa etdilər - Çində unikal əməliyyat

18.08.2026 - 13:40Gülnar Əliyeva

Sabah leysan olacaq

18.08.2026 - 13:31Gülnar Əliyeva

“Mərcan Medicare” klinikası cərimələndi

18.08.2026 - 13:28Gülnar Əliyeva

Rəmişin qardaşı vəfat etdi - FOTO

18.08.2026 - 13:15Gülnar Əliyeva

“Qarabağ” 2 milyonluq transfer edir?

18.08.2026 - 13:03Gülnar Əliyeva

Daha bir baş həkim işdən çıxarıldı

18.08.2026 - 12:50Gülnar Əliyeva

Rusiya Xarkovu vurdu - 17 ölü

18.08.2026 - 12:38Gülnar Əliyeva

20 gündür komada olan Şəhla vəfat etdi - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 811

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 929

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 888

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 720
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.