Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Andrade “Qarabağ”dan gedir – Bu klubla ANLAŞDI
  • İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
  • Elşən Əsgərov Azərbaycana gətirildi – Nazirlik MƏLUMAT YAYDI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Elşən Əsgərov Azərbaycana gətirildi – Nazirlik MƏLUMAT YAYDI

Elşən Əsgərov Azərbaycana gətirildi - Nazirlik MƏLUMAT YAYDI

Hadisə Ariz Əhədov21.06.2026 - 19:18
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

Yeniera.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və hazırda yeri müəyyən edilən daha bir şəxsin iyunun 21-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2024-2025-ci illər ərzində bir sıra şəxslərlə cinayət əlaqəsinə girib ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birlikdə iştirak etməkdə, terror aktları törətmək üçün hazırlıq işləri görməkdə, həmçinin müxtəlif yollarla əldə edilmiş pul vəsaitlərinin ölkəmizin hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmiş şəxslərin, o cümlədən İŞİD terror təşkilatının hesbalarına göndərilməsində iştirak etməklə terrorçuluğun maliyyələşdirilməsində (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.6, 214-1, 28,277 və 218.2-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Əsgərov Elşən İlham oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müəyyən olunub və o, həbs edilib.

BƏƏ ilə mövcud olan Ekstradisiya haqqında ikitərəfli müqaviləyə əsasən, səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə səmərəli danışıqlar aparılıb.

Nəticədə, həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Əsgərov Elşən İlham oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən BƏƏ-dən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Bənzər Xəbərlər

21.06.2026 - 19:30Ariz Əhədov

Andrade “Qarabağ”dan gedir - Bu klubla ANLAŞDI

21.06.2026 - 19:22Ariz Əhədov

İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır

21.06.2026 - 19:15Ariz Əhədov

İsmayıl İmanzadə v'fat etdi - FOTO

21.06.2026 - 17:44Ariz Əhədov

 DYP reydlərə başladı:Saxlanılanlar var

21.06.2026 - 15:30Ariz Əhədov

Şimşək çaxacaq - Dolu düşəcək

21.06.2026 - 15:16Ariz Əhədov

Azərbaycanda yumurta niyə 1 qəpiyə düşüb? - Səbəb AÇIQLANDI

21.06.2026 - 12:32Ariz Əhədov

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video

21.06.2026 - 12:18Ariz Əhədov

Ermənistanda KRİTİK günlər başladı - Plan baş tutarsa...

21.06.2026 - 12:16Ariz Əhədov

TƏBİB-dən çıxarılan Anar İsrafilovun yeni iş yeri məlum oldu – Direktor göndərilir

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 190

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.