Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Xalq artistinin vəziyyəti pisləşdi – FOTO
  • “iPhone” işlədənlərə mühüm xəbər – YENİLİK
  • Kamran Əsədovun məhkəməsində hakimdən sual: “Müəllimlərə nə vəd etmişdiniz?”
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»ETX: “Azərpoçt” adından fırıldaqçılıq kampaniyası həyata keçirilir

ETX: "Azərpoçt" adından fırıldaqçılıq kampaniyası həyata keçirilir

Gündəm Ariz Əhədov08.09.2025 - 16:07
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər kiberdələduzlar “Azərpoçt” MMC-nin adı və loqosundan sui-istifadə edərək vətəndaşlara qarşı məqsədli fırıldaqçılıq kampaniyası həyata keçirirlər.

Yeniera.az xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

Fırıldaqçılar SMS, zəng və ya saxta e-poçtlar vasitəsilə vətəndaşlara müəyyən məbləğdə vəsaitin ödənilməsi barədə yalan məlumatlar təqdim edirlər. Bu məqsədlə onları şübhəli və saxta keçidlərə yönləndirirlər. Sözügedən keçidlərdə sifarişin guya “ödəmə gözlənilir”, “nağd pul gəlir”, “nağd pul qorunur” və “çatdırılma təsdiqlənir” kimi uydurma statusları göstərilir. Daha sonra istifadəçiyə “Ödənişi almaq” düyməsi təqdim olunur. Düyməyə klik edildikdə istifadəçidən kart nömrəsi, kartın son istifadə tarixi, CVV/CVC kodu, eyni zamanda mobil nömrə tələb edilir. Məlumatlar daxil edildikdən sonra ya vətəndaşın bank hesabından birbaşa vəsait çıxılır, ya da bank mobil tətbiqinə giriş əldə edilərək hesab tam nəzarətə götürülür.

Bildirilib ki, bu tip mesajlar adətən xarici nömrələrdən göndərilir. Saxta mesajların tərkibindəki məzmun əksər hallarda düzgün tərtib edilmir, sözlərin bir-biri ilə məntiqi əlaqəsi olmur. Vətəndaşlar onlara mesajda təqdim olunan keçidin “URL”nin doğruluğunu da mütləq yoxlamalıdırlar.

ETX və “Azərpoçt” MMC vətəndaşları tanımadıqları mənbədən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağa, bank kartı və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyə çağırır. Eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən – “Azərpoçt”un 169 – Çağrı Mərkəzi və ETX-nin qaynar xətti – “1654”, eləcə də hər iki qurumun rəsmi sosial media hesablarına müraciət edərək bildirməyi tövsiyə edir.

Bənzər Xəbərlər

26.05.2026 - 00:52Ariz Əhədov

Xalq artistinin vəziyyəti pisləşdi - FOTO

26.05.2026 - 00:13Ariz Əhədov

“iPhone” işlədənlərə mühüm xəbər - YENİLİK

25.05.2026 - 23:35Ariz Əhədov

Kamran Əsədovun məhkəməsində hakimdən sual: “Müəllimlərə nə vəd etmişdiniz?"

25.05.2026 - 23:24Ariz Əhədov

TƏCİLİ! Putin həmin QANUNU İMZALADI - bundan sonra...

25.05.2026 - 23:20Ariz Əhədov

“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb

25.05.2026 - 23:17Ariz Əhədov

Fransız arxeoloqun kəşf etdiyi qədim şəhər — Çorum (FOTOLAR)

25.05.2026 - 22:44Ariz Əhədov

Ömürlük pensiya alanlara VACİB XƏBƏR: Sizi...

25.05.2026 - 22:14Ariz Əhədov

İki idarənin rəisi vəzifələrindən azad olundu

25.05.2026 - 18:10Ariz Əhədov

Mərkəzi Bankda yeni təyinat

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 584

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 222

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 022

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 244
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.