Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Dünya

Eyni anda 25 infeksiyanı aşkar edə bilən test hazırlanıb

Eyni anda 25 infeksiyanı aşkar edə bilən test hazırlanıb

Rusiyalı limlər eyni anda 25 infeksiyanı aşkarlaya bilən yeni test sistemi hazırlayıb.

Yeniera.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, reagent dəsti Rospotrebnadzorun Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutu tərəfindən yaradılıb. Yeni test qrip, COVID-19 və digər kəskin respirator virus infeksiyalarının əsas patogenlərini, o cümlədən enteroviruslar, adenoviruslar, rinoviruslar, metapnevmovirus, respirator sinsitial virus və bokavirusu eyni anda müəyyən etməyə imkan verir.

Testin yüksək dəqiqliklə işlədiyi və həkimlərə xəstələrə operativ müdaxilə etməyə şərait yaratdığı bildirilirr.

Qeyd edək ki, bundan əvvəl sanitar xidmət koronavirusun yeni variantı olan “Stratus”a qarşı mövcud qrip peyvəndlərinin səmərəsizliyi barədə xəbərdarlıq etmişdi.

Gülnar Həmidova

Paylaş: