Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Qarabağ”da SÜRPRİZ hücumçu – 40 qol vurdu, Qurban Qurbanov bəyəndi
  • Bu vəkillər hakim təyin olundu – SİYAHI
  • Azərbaycanda nazirlər hansı partiyanın üzvüdür? – SİYAHI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»REDAKSİYANIN SEÇİMİ»FHN-nin şöbə rəisi Çelsi Baxşıyevanı intim videoları ilə hədələyib? – “Yoldaşıma nəsə desən…”

FHN-nin şöbə rəisi Çelsi Baxşıyevanı intim videoları ilə hədələyib? - "Yoldaşıma nəsə desən..."

REDAKSİYANIN SEÇİMİ Ariz Əhədov21.02.2026 - 02:09
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bloqer həmin adamın evli və iki uşağının olduğunu bilmədiyini deyib. O bu məlumatı öyrəndikdən sonra sevgilisi tərəfindən intim videoları ilə təhdid olunduğunu bildirib. 

YENİERA.az xəbər verir ki, Çelsi Baxşıyeva bu barədə oxu.az-a danışıb.

Bloqer qeyd edib ki, sözügedən şəxslə bir neçə il əvvəl “Instagram”da tanış olublar:

“Adını açıqlamaqda problem yoxdur – Anar Pirməmmədov. Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiridir. İki il dostluq etdik, sonra münasibətə başladıq. İlyarım sevgi münasibətimiz oldu, ümumilikdə üç il yarım davam edib.

Bir müddət sonra öyrəndim ki, evlidir və iki uşağı var. Bunu özü də təsdiqlədi. Daha sonra həyat yoldaşı məni tapdı. Anar mənə zəng edib intim videoları yaymaqla hədələdi. Dedi ki, yayılmasını istəmirsənsə, həyat yoldaşıma heç nə demə. Mən isə həyat yoldaşına hər şeyi danışdım, səsyazılarını və mesajlarını göndərdim.

Çelsi Baxşıyeva

İki gün sonra Nəsimi Rayon Polis Bölməsinə gedib məndən şikayət etdilər. Həyat yoldaşı şikayətçi oldu. Məni bölməyə çağırdılar, izahat aldılar və buraxdılar. Sonra dedim ki, üzr istəməsələr və hər şeyi boyunlarına almasalar, məsələni ictimailəşdirəcəyəm və FHN-ə də müraciət edəcəyəm. Bir müddət sonra üzr istədi və hər şeyi boynuna aldı. Mən də məsələni bağladım”.

O, sözlərinə belə davam edib:

“2025-ci ildə “TikTok”la bağlı saxlanıldım. Fevralın 11-də məni 30 sutka həbs etdilər. 388-ci maddə ilə saxlanılmışdım və mənə cərimə nəzərdə tutulurdu. Həbsdən çıxandan sonra öyrəndim ki, Anarın atası Həsrət Pirməmmədovdur. Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olub. Həsrət Pirməmmədovun qardaşı, yəni Anarın əmisi isə İlham Pirməmmədovdur. O da keçmiş təhsil nazirinin müşaviri olub. Həsrət Pirməmmədovun adının rüşvət işlərində hallandığı, işdən uzaqlaşdırıldığı barədə məlumatlar var. Qayınanası Mehriban Səmədova İqtisad Universitetinin Gənclik korpusunda kafedra müdiridir. Mehriban Səmədovanın bacısı isə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminalogiya kafedrasının müdiridir – hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədovanı deyirəm.

Bundan başqa, Həsrət Pirməmmədovun Ramiz Mehdiyevin yaxın adamlarından olduğu, hətta karantin dövründə qızına təşkil etdiyi toyda iştirak etdiyi barədə məndə məlumat var. Hazırda ölkədə deyiləm. Məndə olan materiallar realdır və səsyazıları mövcuddur.

A.Pirməmmədov xidməti avtomobillə ardımca gəlirdi. Əlavə olaraq məlumat aldım ki, Anar nazirin birinci müavini Rəfail Mirzəyevin yaxın qohumudur. Ona bildirilib ki, məsələ ictimailəşsə, işdən çıxarılacaq”.

Bənzər Xəbərlər

10.10.2026 - 15:07Gülnar Əliyeva

“Aqrarkredit” ala bilmədiyi borcları satışa çıxardı – 90 milyon manata yaxın...

10.10.2026 - 14:20Gülnar Əliyeva

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

10.10.2026 - 11:25Gülnar Əliyeva

Yol polisi sürücülərə müraciət etdi

10.10.2026 - 02:10Gülnar Əliyeva

Mütəxəssislərdən xəbərdarlıq: Səhərlər yorğun oyanırsınızsa, səbəb bu ola bilər

10.10.2026 - 00:47Gülnar Əliyeva

Emil Rəhimov DVX-də baş idarə rəisi təyin olundu

09.10.2026 - 20:11Gülnar Əliyeva

TƏBİB-də yeni təyinat: Şöbə müdiri təyin edildi - FOTO

09.10.2026 - 20:05Gülnar Əliyeva

Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq

09.10.2026 - 19:00Gülnar Əliyeva

Azərbaycanda həkim vəfat etdi

09.10.2026 - 15:45Gülnar Əliyeva

Bakıda 99-AV-999 nömrəli Lamborghini saxlanıldı –Sürücü görün KİM İMİŞ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 272

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 248

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 144

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.