Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR
  • Moskva sakinlərinə XƏBƏRDARLIQ: SIĞINACAQ AXTARIN
  • İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Gəlin maşınının qarşısını kəsib nərd oynadılar – Bəyin 4 dostu həbs edildi

Gəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi

Cəmiyyət Ariz Əhədov26.09.2025 - 11:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sentyabrın 23-ü Astara rayonunda toy karvanının qarşısını kəsərək magistral yolda sıxlığa səbəb olan və ictimai asayişi pozan bir qrup şəxs məsuliyyətə cəlb edilib.

Yeniera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Təngərüd kəndindən Balaca Şahağacı kəndinə gəlin gətirilərkən bəyin bir neçə dostu yolda avtomobilin qarşısını kəsib.

Belə ki, onlar yolun hərəkət istiqamətində dayanaraq gəlin maşınının qarşısını kəsib musiqiyə yüksək səs veriblər, eləcə də arxadan gələn digər avtomobillərin də yolun hərəkət istiqamətində dayanmasına şərait yaradıblar. Bu zaman maşınlardan enən bir neçə nəfər yolun ortasında əllərində rəngli tüstü tutaraq magistralın ortasına masa qoyublar. Masanın ətrafında dizləri üstə nərdtaxta adlanan oyun çərçivəsini açıb bəyin maşından düşərək onlara yaxınlaşmasını, toy şirinliyi kimi pul vermələrini istəyiblər. Bununla da arxadan hərəkət edən toy karvanına aidiyyəti olmayan digər avtomobillərdəki şəxslərin dayanaraq onları gözləməsinə zəmin yaradıblar. Bu da digər vətəndaşların narazılığı ilə nəticələnib.

Eyni zamanda həmin anın görüntülərini “TikTok”da paylaşaraq sosial müzakirələrə səbəb olublar.

Aparılan araşdırma zamanı magistral yolu kəsən şəxslərin 1977-ci il təvəllüdlü S.M., 1996-cı il təvəllüdlü F.G., 2001-ci il təvəllüdlü A.A. və 2002-ci il təvəllüdlü E.Q. olmaları müəyyən edilib. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib.

Astara Rayon Məhkəməsinin qərarı ilə 4 nəfərin hər birinə 4 sutkalıq inzibati həbs verilib.

Bənzər Xəbərlər

25.06.2026 - 20:24Ariz Əhədov

Moskva sakinlərinə XƏBƏRDARLIQ: SIĞINACAQ AXTARIN

25.06.2026 - 20:18Ariz Əhədov

İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var

25.06.2026 - 19:00Ariz Əhədov

Əməkdar artistin vəziyyəti pisləşdi

25.06.2026 - 17:48Ariz Əhədov

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25.06.2026 - 15:40Ariz Əhədov

Prezidentdən daha bir FƏRMAN

25.06.2026 - 14:20Ariz Əhədov

Bu aeroportun direktoru vəzifəsindən azad olundu

25.06.2026 - 13:47Ariz Əhədov

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

25.06.2026 - 13:36Ariz Əhədov

Kəmaləddin Heydərov FHN işçiləri ilə bağlı YENİ QƏRAR İMZALADI- Korrupsiya halları...

25.06.2026 - 11:05Ariz Əhədov

“NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 785

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 203

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 355

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 064
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.