Gələn il Azərbaycanda 67 şəhər və rayonun heç birinə dotasiya ayrılmayacaq.
YENİERA.az “Report”a istinadən xəbər verir ki, bu, “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

