Azərbaycanda iyulun 30-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yeniera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi bildirilir.
Havanın temperaturu gecə 24-26, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-39, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.
