Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycandan Körfəz ölkələrinə raket atılması ilə bağlı – İddialar əsassızdır
  • 18 ay sonra bəraət aldı – “Balıq tutduğuma inanmamışdılar”
  • Onların ailələri üçün vergi güzəştləri olacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Hər ay maaşınızdan pul kəsiləcək!

Hər ay maaşınızdan pul kəsiləcək!

İqtisadiyyat Ariz Əhədov10.04.2026 - 14:32
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən işçilərin əməkhaqlarının vergiyə cəlb olunmasında yeni mərhələ başlayıb. Belə ki, 2019-cu il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək qüvvədə olan və 8 000 manatadək əməkhaqqını gəlir vergisindən tam azad edən 7 illik güzəşt müddəti yekunlaşıb.

Cari ilin 1 yanvar tarixindən etibarən isə Vergi Məcəlləsinə uyğun olaraq, həmin sektorda çalışanların aylıq gəlirlərindən 3% dərəcəsi ilə gəlir vergisinin tutulmasına başlanılıb.

Yeniera.az xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov 2019-cu ildə muzdlu çalışanların əldə etdiyi gəlirlərə görə verginin hesablanmasının dayandırılmasında əsas səbəb əmək münasibətlərinin ağardılması, qeyri-formal əmək bazarı ilə mübarizə və bu prosesdə müəyyən təşviqedici mühitin yaradılmasından qaynaqlandığını bildirib.

“Ötən dövr ərzində bununla bağlı, təbii ki, müəyyən nəticələr oldu. Təxminən 300-400 min yeni müqavilələr bağlandı. Bundan əlavə, mövcud əmək müqavilələrində göstərilən əməkhaqqının səviyyəsi də əvvəlki dövrlə müqayisədə xeyli artdı. Çünki, bu tədbir yalnız gəlir vergisi üzrə güzəştin verilməsi deyil, eyni zamanda sahibkarlıq subyektlərinə münasibətdə məcburi dövlət sosial sığorta haqqının işəgötürənə düşən hissəsinin azaldılması ilə paralel həyata keçirildi. Yəni, burada əsas məqsədlərdən biri də eyni zamanda işəgötürənlərin əmək münasibətlərini qanuniləşdirməsi istiqamətində mövcud olan fiskal təzyiqləri, yükü azaltmaqla prosesi təşviq etmək idi.

Və 2026-cı ildə bu güzəştin müddəti bitdi. Amma 2026-cı ildə güzəştin müddətinin bitməsindən əvvəl, 2024-2025-ci illərdə statistik göstəricilərin təhlili onu deməyə əsas verir ki, artıq muzdlu əmək bazarında şəffaflaşma meylləri yaxud da ki, bu istiqamətdəki inkişaf meylləri azalmağa başladı. Yəni, illik təxminən 2025-ci ildə 10 min, əvvəlki illə müqayisədə yeni müqavilə bağlanmış və muzdluların sayı artmışdı. Bu artıq təbii artım sürətinə daha çox uyğun gəlir, nəinki təşviqedici mexanizmlər vasitəsilə prosesin dəstəklənməsinə.

Artıq bu istiqamətdə həyata keçirilən siyasət digər tədbirlərlə əhatə olunmadığı üçün ortaya qoya biləcəyi nəticələri qoydu və bu istiqamətdə doymuş meyllər hiss olunmaqda idi. Və buna görə də hökumət çox böyük ehtimalla o qərara gəldi ki, bu mexanizm artıq öz funksiyasını yerinə yetiribdir və prosesə töhfə vermə ehtimalları azdır. Ona görə də güzəştin müddətini artırmadı. Bu güzəştin müddəti 2025-ci ilin 31 dekabrında bitdi, güzəştin müddətini artırmadı.

İqtisadçı əlavə edib ki, fiskal gəlirlərin davamlılığı ilə bağlı risklər formalaşırdı:

“Buna görə hökumət bu məqsədləri də nəzərə almaqla, hədəfləri də nəzərə almaqla, büdcə gəlirlərini də nəzərə almaqla bu güzəştli müddətin artırılmasından imtina etdi. Lakin mərhələli keçid siyasətini seçdi. Yəni bu il 3%, gələn il 5%, 2027-2028 və sonrakı illərdə 7% olmaqla muzdlu gəlirlərə vergilər tətbiq ediləcəkdir.

Qeyd edim ki, əvvəlki il bu vergi dərəcəsi 14% idi. Yəni burada 7%-lik bir ümumi azaldılma qərarı qəbul edilib. Lakin həmin 7%-də digər tərəfdən işçilər tərəfindən, yəni ödənilən əlavə sosial sığorta haqqı olaraq əslində muzdlu çalışanın gəlirindən tutulur bugün. Yəni bütövlükdə götürəndə əlbəttə ki, bu konyunkturda qərar qəbul edildi.

Əlbəttə, arzuolunan deyildi, çünki, bir tərəfdən burada eyni zamanda digər bir məqamı da qeyd edim. Bu yanaşmanın özündə də bir fundamental çatışmazlıq vardır. Nə idi bu? Məsələn, dövlət sektorunda işləyib 400-500 manat əməkhaqqı alan şəxsə münasibətdə gəlirindən 14% vergi tutulur. Amma özəl sektorda, məsələn, maliyyə sektorunda və yaxud informasiya texnologiyaları sahəsində 8000 manata qədər yüksək gəlir əldə edən şəxsin gəlirindən vergi tutulmur. Yəni bunun özündə də bir fundamental ədalətsizlik çatışmazlığı var idi.

Düşünürəm ki, bütün bunları nəzərə almaqla hökumət bu və ya digər şəkildə bu güzəştli müddəti artırmadı. Amma zamanlama heç də adekvat hesab oluna bilməz. Çünki, son illərdə inflyasiya təzyiqləri güclənib, qiymətlər artır. Bu eyni zamanda əhalinin alıcılıq gücünə mənfi təsir göstərir və son nəticədə əhalinin borclanmasında da özünü göstərməkdədir.

Əhalinin borc yükü ciddi şəkildə son 2-3 ildə artmaqdadır və belə bir şəraitdə onların əməkhaqqının bir hissəsinin də vergi şəklində tutulması, təbii ki, alıcılıq imkanını məhdudlaşdırmaqla, dolayısı ilə orta-uzunmüddətli dövrdə əmək bazarında yenidən deleqalizasiya prosesinin başlanması, yenidən müqavilələrin daha aşağı əməkhaqqı göstərilməklə bağlanması meyllərini təşviq edə bilər, dəstəkləyə bilər. Digər tərəfdən, alıcılıq gücünün aşağı düşməsinin özünün məcmu tələbə mənfi təsiri və məşğulluğa mənfi təsiri əmək bazarında əməkhaqqı səviyyəsinə bütövlükdə artan rəqabət fonunda mənfi təsiri ilə müşahidə oluna bilər. Bu nəticələri biz növbəti mərhələlərdə daha aydın şəkildə analiz edə biləcəyik”.

Bənzər Xəbərlər

10.04.2026 - 16:10Ariz Əhədov

Azərbaycandan Körfəz ölkələrinə raket atılması ilə bağlı - İddialar əsassızdır

10.04.2026 - 16:00Ariz Əhədov

18 ay sonra bəraət aldı - “Balıq tutduğuma inanmamışdılar”

10.04.2026 - 15:47Ariz Əhədov

Onların ailələri üçün vergi güzəştləri olacaq

10.04.2026 - 15:37Ariz Əhədov

40 müğənni Aygün üçün bir araya gəldi - Röya yoxdur-Video

10.04.2026 - 15:25Ariz Əhədov

Məktəbdə insident: müəllim valideyni döydü

10.04.2026 - 15:13Ariz Əhədov

Zabil İbayev şəxsi vəfat etdi - FOTO

10.04.2026 - 15:00Ariz Əhədov

Maaşlar artıq belə ÖDƏNİLƏCƏK

10.04.2026 - 14:46Ariz Əhədov

Baş nazir qərar imzaladı

10.04.2026 - 14:20Ariz Əhədov

Müctəba Xamenei xalqa müraciət edə bilər

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 925

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 844

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 809

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 008
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.