Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan çempionatında fantastik qol – Video
  • Alimentə görə mənəvi zərər tutula bilərmi? – Ali Məhkəmədən cavab
  • “Qalatasaray” 4 ulduzunu yola salır
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Hikmət İbrahimli vəzifəsindən getdi

Hikmət İbrahimli vəzifəsindən getdi

Gündəm Ariz Əhədov15.04.2026 - 10:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Uzun müddət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Tibbi planlama departamentinin rəhbəri vəzifəsində çalışmış Hikmət İbrahimli vəzifəsindən ayrılıb.

Yeniera.az xəbər verir ki, bu vəzifədən əvvəl Hikmət İbrahimli Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyənin təşkili və menecmenti kafedrasının müdiri vəzifəsində çalışmışdır.

O, 2020-ci ildə TƏBİB-in yaradılmasında fəal iştirak edib, COVİD pandemiyasının ilk günlərindən etibarən karantin və pandemiya dövründə gecə-gündüz çalışaraq tibbi qərargahın üzvü olub. Eyni zamanda, Nazirlər Kabineti nəzdində pandemiya ilə mübarizə məqsədilə yaradılmış ikinci qərargahın da üzvü kimi fəaliyyət göstərib.

44 günlük Vətən müharibəsi dövründə tibb xidmətinin təşkilində yaxından iştirak edib, ölkədə əlillik siyasətinin formalaşdırılmasına töhfə verib. Həkim-məsləhət komissiyalarının yenidən formalaşmasının, onların fəaliyyətinin təkmilləşdirilməsi, təlim və treninqlərin təşkili istiqamətində mühüm işlər görüb, komissiyaların sayının optimallaşdırılması və iş prosesinin daha səmərəli qurulmasına nail olub.

Müharibədən sonra qazilərimizin tibbi xidmətlərə cəlb olunması üçün xüsusi sistemin yaradılması və tətbiqini təşkil edib, qazilərimizin yüksək səviyyəli tibbi xidmətlərin təşkilini təmin edib. Səfərbərlik sistemində yeni həkim komissiyalarının yaradılması və təşkilində də fəal rol oynayıb.

Bundan əlavə, göndərişlər sistemində QR kodların tətbiqi, göndəriş şöbələrinin videomüşahidə sistemləri ilə təmin olunması kimi yeniliklərin həyata keçirilməsini təşkil edib, müştərək xidmət modelinə keçid üzrə təqdimatlar verib.

2023-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən səhiyyə sahəsində xidmətlərinə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

Hikmət İbrahimli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 aprel 2024-cü il tarixli qərarı ilə professor elmi adına layiq görülüb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ayrıldıqdan sonra o, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyənin təşkili və menecmenti kafedrasında elmi və pedaqoji fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ay əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

Fərmanla İTSDA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSEA) publik hüquqi şəxs yaradılıb.

İTSDA-nın əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri nazirliyə həvalə edilib. Nazirlər Kabinetinə zəruri tədbirlər görülməsini təmin etmək və təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti davam edir, birləşmə prosesi aparılır./İqtisadiyyat.az/

Bənzər Xəbərlər

15.04.2026 - 18:10Ariz Əhədov

Alimentə görə mənəvi zərər tutula bilərmi? - Ali Məhkəmədən cavab

15.04.2026 - 17:42Ariz Əhədov

İranda xariclə əlaqəli daha 6 nəfər həbs edildi

15.04.2026 - 17:30Ariz Əhədov

ATU-nun yeni mətbuat katibi o oldu

15.04.2026 - 16:04Yeni Era

Aliment bu hallarda azaldıla BİLƏR

15.04.2026 - 15:30Yeni Era

DİM mayın 17-də imtahan keçirəcək

15.04.2026 - 14:50Ariz Əhədov

Güləşçilərimiz Türkiyədə 8 qızıl medal qazandı

15.04.2026 - 12:45Ariz Əhədov

İki idarə rəisini vəzifədən azad etdi

15.04.2026 - 12:36Ariz Əhədov

Leyla və Alena Əliyevalar sərgidə - Fotolar

15.04.2026 - 12:22Ariz Əhədov

Nüfuz alverində ittiham olunan polkovnik - Cərimə olundu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 987

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 863

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 850

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 027
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.