Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan çempionatında fantastik qol – Video
  • Alimentə görə mənəvi zərər tutula bilərmi? – Ali Məhkəmədən cavab
  • “Qalatasaray” 4 ulduzunu yola salır
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»DİM mayın 17-də imtahan keçirəcək

DİM mayın 17-də imtahan keçirəcək

Gündəm Yeni Era15.04.2026 - 15:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mayın 17-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsi keçiriləcək.

Yeniera.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Namizədlər mayın 3-ü saat 18:00-dək qeydiyyatdan keçə bilərlər.

İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüter vasitəsilə elektron formada keçiriləcək. Bakı şəhərində 760 yer, Naxçıvan şəhərində 160 yer olmaqla, ümumilikdə 920 yer ayrılıb.

İmtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Namizədlərin bilik və bacarılarının yoxlanılması məqsədilə imtahanda 40 tapşırıqdan ibarət test bloku təqdim olunur. İmtahandan maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş il iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.

Bənzər Xəbərlər

15.04.2026 - 17:30Ariz Əhədov

ATU-nun yeni mətbuat katibi o oldu

15.04.2026 - 16:04Yeni Era

Aliment bu hallarda azaldıla BİLƏR

15.04.2026 - 12:45Ariz Əhədov

İki idarə rəisini vəzifədən azad etdi

15.04.2026 - 12:22Ariz Əhədov

Nüfuz alverində ittiham olunan polkovnik - Cərimə olundu

15.04.2026 - 12:10Ariz Əhədov

Hacı Əliyev mayor rütbəsi aldı - Foto

15.04.2026 - 11:00Ariz Əhədov

Vüqar Qurbanov TƏBİB-in yeni sədrini belə təbrik etdi - FOTO

15.04.2026 - 10:00Ariz Əhədov

Hikmət İbrahimli vəzifəsindən getdi

14.04.2026 - 16:55Ariz Əhədov

Sabiq nazir müavini bu qurumda müşavir - Təyin edildi

14.04.2026 - 10:26Ariz Əhədov

Nazir bir il sonra polkovnikin yerinə kapitanı rəis təyin etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 987

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 863

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 850

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 027
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.