Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Agentlik sədri bu şöbə müdirlərini işdən çıxardı
  • Qardaşı oğlu ilə dənizdə batan Arifin – Fotosu
  • Nəriman Axundzadə rəsmən Türkiyə Super Liqasında
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»“Hindistan XİN Azərbaycanın ŞƏT-ə üzvlüyü ilə bağlı yalanlara davam edir”

“Hindistan XİN Azərbaycanın ŞƏT-ə üzvlüyü ilə bağlı yalanlara davam edir”

Siyasət Emin Farzaliyev06.09.2025 - 12:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Hindistanın Xarici İşlər Nazirliyi mətbuat katibi səviyyəsində yalan danışır”.

Yeniera.az xəbər verir ki, bu haqda Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysvalın guya rəsmi Dehlinin Azərbaycan ŞƏT-ə üzvlüyünü əngəlləmədiyi haqda açıqlamasını Trend-ə şərh edən diplomatik mənbə bildirib.

Xatırladaq ki, Hindistan XİN nümayəndəsi Azərbaycanın ŞƏT-ə üzvlüyünün guya “vaxt məhdudiyyəti səbəbindən” qəbul olunmadığını iddia edib.

Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünü məhz Hindistan bloklayıb bu prosesdə dirijorluğu isə Rusiya edib.

“Azərbaycan və Ermənistanın ŞƏT-ə üzvlüyü məsələsi 4-5 ay idi müzakirə olunurdu və bu müzakirələr boyu Hindistan Azərbaycanın üzvlüyünə qarşı çıxıb. Üzvlüyün əngəllənməsinin məhz Hindistanın təşəbbüsü olduğuna digər üzvlər də şahid olub.

Sadəcə indi Dehli Rusiyanın pərdəarxası iştirakı ilə atdığı bu addımın çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay Ruhu”na zidd olduğunu, həmçinin, bu prinsiplərdən çıxış edən və ŞƏT-in genişlənməsinə çalışan Çinə qarşı da hörmətsizlik kimi qəbul olunduğunu anladığından, məsuliyyətdən yaxa qurtarmağa çalışır.

Amma Hindistanın Azərbaycanın üzvlüyünü bloklaması nə qədər məhdud və ucuz addım idisə, indi bunu rəsmi şəkildə yalan açıqlamalarla boynundan atmaq cəhdi də bir o qədər məhdud və ucuz gedişdir”, – deyə mənbə bildirib.

Mənbə onu da qeyd edib ki, indiyədək Azərbaycan çoxtərəfli diplomatiya prinsiplərinə sadiq qalaraq Hindistanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnamələrin qəbuluna mane olmayıb və bu prinsipi pozmayıb. Amma Dehlinin bu ucuz və düşmənçi mövqeyinə cavab olaraq bundan sonra Hindistanın təqdim etdiyi qətnamələrə eyni yanaşma olmayacaq:

“Əgər Hindistan bütün normaları pozaraq açıq düşmənçilik xəttini istəyirsə, bundan sonra Dehlinin bütün qətnamələri, o cümlədən, 2014-cü ildə BMT BA-da Hindistanın təqdim etdiyi və Azərbaycanın da qoşulduğu Beynəlxalq Yoqa Gününün təsis edilməsinə dair qətnamələr kimi sənədlərin də artıq konsensusla deyil, səsvermə ilə qəbul olunmasına təkid edəcəyik. Eyni yanaşma bütün beynəlxalq platformalarda ortaya qoyulacaq”.

Bənzər Xəbərlər

04.08.2026 - 00:56Gülnar Əliyeva

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxardı

04.08.2026 - 00:54Gülnar Əliyeva

Qardaşı oğlu ilə dənizdə batan Arifin - Fotosu

04.08.2026 - 00:23Gülnar Əliyeva

Nəriman Axundzadə rəsmən Türkiyə Super Liqasında

04.08.2026 - 00:18Gülnar Əliyeva

Bu ayın ən xoşbəxt BÜRCLƏRİ kimlər olacaq?

03.08.2026 - 23:04Gülnar Əliyeva

Azərbaycanlıların da olduğu gəmi vuruldu

03.08.2026 - 23:01Gülnar Əliyeva

Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!

03.08.2026 - 21:38Gülnar Əliyeva

Daşınmaz əmlak bazarında CİDDİ DƏYİŞİKLİK

03.08.2026 - 21:29Gülnar Əliyeva

Zelenski TARİX açıqladı – Müharibə bitir?

03.08.2026 - 21:14Gülnar Əliyeva

Araz Ağalarovun 27 yaşlı xanımı və övladları - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 527

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 734

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 755

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 589
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.