Salyan Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar təyin olunub.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 1-ci dərəcəli dövlət qulluqçusu Rəşad Rəhimov Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri (baş memar) vəzifəsinə təyin olunub.
O, bu təyinatadək həmin sektorda aparıcı məsləhətçi vəzifəsində çalışıb.
İcra başçısının digər əmrilə, aparıcı məsləhətçi vəzifəsinə isə 2-ci dərəcə dövlət qulluqçusu Şahin Nəcəfov təyinat alıb.

