Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • ABŞ hərbi-nəqliyyat təyyarəsi Moskvada yerə enib
  • Məleykə Abbaszadədən təsirli paylaşım
  • 9 yaşlı qıza ögey anası zorakılıq edir?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Məleykə Abbaszadədən təsirli paylaşım

Məleykə Abbaszadədən təsirli paylaşım

Cəmiyyət Gülnar Əliyeva25.08.2026 - 14:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Əziz birinci kurs tələbələri! Bu gün sizin həyatınızda mühüm bir mərhələ başa çatdı. İmtahanlar, nəticələri gözləmək, ixtisas seçimi və nəhayət, qəbul xəbəri… Siz artıq tələbə adını qazanmısınız. Hər birinizi ürəkdən təbrik edirəm!”

Yeniera.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial media hesabında yazıb.

DİM sədri paylaşımında öz tələbəlik illərinə dair xatirələrini və tələbə adını yeni qazananlarla tövsiyələrini bölüşüb.

“Mən on yeddi yaşımda Moskvaya gedib Moskva Dövlət Universitetinin tələbəsi olduğum günləri çox yaxşı xatırlayıram. Məktəbdə ən yaxşı şagirdlərdən biri olmağa öyrəşmişdim. Orada isə ətrafımda ciddi seçimlərdən keçmiş gənclər var idi. İlk düşüncələrimdən biri belə idi: birdən burada ən güclülərdən biri mən olmasam? Birdən hər şey əvvəlki kimi əla alınmasa?

Bunun üzərinə tamamilə yeni həyat şəraiti də əlavə olunurdu. Yataqxana, tanımadığım şəhər, məişət qayğıları, pulumu və vaxtımı bölüşdürmək, evdə demək olar ki, hiss etmədiyim ən adi işləri özümün görmək məcburiyyəti və s. Ailəm və dostlarım üçün də darıxırdım. Eyni zamanda ilk gündən bizə çoxlu kitab, məqalə və material oxumaq tapşırılırdı. Artıq heç kim dərslərimi edib-etmədiyimi yoxlamırdı, heç kim nə vaxt oturub çalışmağın vaxtı olduğunu xatırlatmırdı.
O zaman öyrəndiyim vacib həqiqətlərdən biri bu idi: azadlıq məsuliyyətdən ayrılmazdır.

İndi sizin qarşınızda bizim tələbəlik illərimizdə olmayan çox böyük imkanlar var. Demək olar ki, bütün dünya kitabxanası telefonunuzdadır. Dünyanın ən yaxşı universitetlərinin mühazirələrini dinləyə, elmi məqalələri bir neçə saniyəyə tapa, süni intellektdən öyrənmək üçün istifadə edə bilərsiniz.

Amma bir şeyi unutmayın: texnologiya sizin yerinizə düşünməyə başlamamalıdır. Süni intellektdən istifadə edin, amma ən qiymətli qabiliyyətinizi – müstəqil düşünmək bacarığınızı ona verməyin.

Ətrafınızda sizdən daha güclü insanların olmasından qorxmayın. Universitetin ən böyük üstünlüklərindən biri məhz öyrənə biləcəyiniz insanların arasında olmaqdır. Sual verin. Bilmədiyinizi etiraf etməkdən çəkinməyin. Fikrinizi əsaslandırmağı, daha güclü arqumentlə qarşılaşanda isə onu dəyişməyi bacarın.

Səhv etməkdən də qorxmayın. Universitet illərini tamamilə səhvsiz keçirməyinizi arzulamazdım. İnsan yalnız uğurlarından öyrənmir. Əsas odur ki, səhvləriniz həyatınızı dağıtmasın, təcrübəyə çevrilsin.

Və həyatınızı daim başqalarının həyatı ilə müqayisə etməyin. Sosial şəbəkələr sizə insanların həyatının yalnız seçilmiş fraqmentlərini göstərir. Sizin əsas müqayisə nöqtəniz dünənki özünüz olsun.

Universitet illəri yalnız mühazirələr və dərsliklərdən ibarət olmamalıdır. Bu illərdə dostluq da, sevgi də, kitablar da, musiqi də, idman da, səyahətlər də, tələbə layihələri, könüllülük və ilk müstəqil qərarlar da olsun.

Diplom bir gün yalnız hansı ixtisası bitirdiyinizi təsdiq edəcək. Amma daha vacib sual budur: bu illər ərzində siz necə bir insan oldunuz?

Arzu edirəm ki, illər sonra tələbəlik dövrünüzə baxıb deyə biləsiniz: “Mən sadəcə təhsil almadım – düşünməyi, seçim etməyi, özümə cavabdeh olmağı və gələcəkdən qorxmamağı öyrəndim”.

Tələbə adını qazanmağınız münasibətilə sizi bir daha təbrik edirəm. Yolunuz açıq və uğurlu olsun!”

Bənzər Xəbərlər

25.08.2026 - 15:00Gülnar Əliyeva

ABŞ hərbi-nəqliyyat təyyarəsi Moskvada yerə enib

25.08.2026 - 14:30Gülnar Əliyeva

9 yaşlı qıza ögey anası zorakılıq edir?

25.08.2026 - 14:18Gülnar Əliyeva

Bakı Metropolitenində iş saatı uzadılacaq

25.08.2026 - 14:05Gülnar Əliyeva

Elçibəyin qardaşı qızının evi əlindən alınıb?

25.08.2026 - 13:50Gülnar Əliyeva

Azərbaycanda vəzifəli şəxsi vəfat etdi - FOTO

25.08.2026 - 13:38Gülnar Əliyeva

Natəvan Həsənovaya yeni vəzifə verildi

25.08.2026 - 13:25Gülnar Əliyeva

Vüqar Bayramovdan pensiya artımı ilə bağlı müjdə

25.08.2026 - 13:13Gülnar Əliyeva

600 balla tələbə olmayanlar kimlərdir? - AÇIQLAMA

25.08.2026 - 13:00Gülnar Əliyeva

Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada HƏYATINI İTİRDİ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 882

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 974

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 929

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 748
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.