Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 40° isti, yağış, şimşək – Sabahın havası
  • Dənizdə daha 2 nəfər batdı – Foto
  • Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»İlham Əliyev qəbul keçirib – FOTOLAR

İlham Əliyev qəbul keçirib - FOTOLAR

Siyasət Ariz Əhədov28.08.2025 - 12:39
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Yeniera.az xəbər verir ki. Maqdalena Qrono Avropa İttifaqının rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb, Azərbaycan Prezidentini Avropa İttifaqının rəhbərliyi və öz adından Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələr münasibətilə təbrik edib. O, bu prosesin regionda davamlı sülhün təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb. Qonaq Avropa İttifaqına üzv dövlətlərin də Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülhü dəstəklədiklərini bildirib. Maqdalena Qrono, həmçinin Avropa İttifaqının iki ölkə arasında razılaşdırılmış məsələlərin, o cümlədən nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa İttifaqının rəhbərliyinə çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı Vaşinqtonda əldə olunan nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini deyərək, bu prosesdə Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Vaşinqton bəyannaməsi, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesində atılan mühüm addımlardır.

Görüşdə ölkəmizin Ermənistanla ikitərəfli əsasda etimad quruculuğu tədbirlərini dəstəklədiyi qeyd olunub. Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat və tranzit bağlantısının yaradılmasının vacibliyi bir daha vurğulanıb, xüsusilə Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bənzər Xəbərlər

24.08.2026 - 12:48Gülnar Əliyeva

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

24.08.2026 - 11:55Gülnar Əliyeva

Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənib

24.08.2026 - 11:13Gülnar Əliyeva

Əliyev Zelenskini təbrik etdi

23.08.2026 - 23:23Gülnar Əliyeva

Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyuldu - Fotolar

23.08.2026 - 23:20Gülnar Əliyeva

Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video

23.08.2026 - 22:25Gülnar Əliyeva

“Əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik”

23.08.2026 - 22:15Gülnar Əliyeva

Prezident Zəngəzur dəhlizi barədə danışdı

23.08.2026 - 22:00Gülnar Əliyeva

Prezidentin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirildi - Video

23.08.2026 - 21:40Gülnar Əliyeva

İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin - Menyusu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 878

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 972

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 928

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 746
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.