Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tapdıq Həsənov vəfat etdi
  • 3 gün dayanmadan yağış yağacaq – Bu tarixlərdə
  • 42 günlük karantin elan edilə bilər – RƏSMƏN açıqlandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»İlham Əliyev qanun imzaladı

İlham Əliyev qanun imzaladı

Siyasət Ariz Əhədov15.04.2026 - 16:54
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Uşaq hüquqları haqqında” yeni hazırlanmış qanun qüvvəyə minib.

Yeniera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.

Sənəddə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub.

Qanunda ilk dəfə uşaq hüquqları ilə bağlı anlayışlar sistemi formalaşdırılır, uşağın üstün mənafeləri prinsipi hüquqi mexanizmə çevrilir.

Həmçinin yeni qanunda zorakılıq formaları fiziki, psixoloji, cinsi, cismani cəza, etinasızlıq, internet zorakılığı və s. olmaqla təsnif edilir.
Zorakılıq əlamətlərinin aşkar edilməsi zamanı müəllimlərin, tibb işçilərinin, sosial xidmət əməkdaşlarının bildirmə öhdəliyi təsbit olunur. Zorakılığa məruz qalmış uşağın tibbi, psixoloji, sosial reabilitasiyası dövlətin birbaşa öhdəliyi kimi müəyyən edilir.

Sənəddə “erkən evlilik” ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyət yaradır.

Çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur.

Həmçinin yeni qanunda hər bir uşağın fikir və söz azadlığı, eyni zamanda, uşağın məlumat almaq, əldə etmək azadlığı haqqında ayrıca maddələr qeyd olunur.

Uşaq və ailə münasibətlərinə gəldikdə isə, yeni qanun layihəsinə görə, valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan olunur.

Eyni zamanda uşaq inzibati və məhkəmə icraatında birbaşa iştirak hüququna malik subyekt kimi tanınır. Uşaqyönümlü prosedurlar, yaşa uyğun izahat, hüquqi yardım, nümayəndə ilə təminat ayrıca maddələrlə tənzimlənir.

Bənzər Xəbərlər

10.05.2026 - 17:05Ariz Əhədov

“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”

10.05.2026 - 16:30Ariz Əhədov

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - Video

10.05.2026 - 13:40Ariz Əhədov

“Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident

10.05.2026 - 13:08Ariz Əhədov

Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib

10.05.2026 - 13:00Ariz Əhədov

İlham Əliyev Zəngilandakı ilk yaşayış kompleksinin açılışında - Fotolar

10.05.2026 - 11:40Ariz Əhədov

İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar

10.05.2026 - 11:15Ariz Əhədov

Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi

10.05.2026 - 01:00Ariz Əhədov

Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı videoçarx paylaşılıb - Video

10.05.2026 - 00:30Ariz Əhədov

“Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 428

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 147

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 983

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 205
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.