Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Qarabağ”da SÜRPRİZ hücumçu – 40 qol vurdu, Qurban Qurbanov bəyəndi
  • Bu vəkillər hakim təyin olundu – SİYAHI
  • Azərbaycanda nazirlər hansı partiyanın üzvüdür? – SİYAHI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Yeni 100 manatlıq dövriyyəyə buraxılır – FOTO

Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO

İqtisadiyyat Ariz Əhədov15.04.2026 - 10:35
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Yeni 100 manatlıq pul nişanını dövriyyəyə buraxılır.

Bu barədə Yeniera.az-a Mərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, 100 manatlıq pul nişanının mühafizə sistemi və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.

Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanının 15 iyul 2026-cı il tarixdən tədavülə buraxılmasını elan edir.

Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilmişdir), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Yenilənmiş 100 manatın üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Bildiririk ki, yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

 

 

Bənzər Xəbərlər

10.10.2026 - 16:37Gülnar Əliyeva

İlham Əliyev Kadırovla birgə nahar edib - Fotolar

10.10.2026 - 16:10Gülnar Əliyeva

İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar

10.10.2026 - 16:05Gülnar Əliyeva

Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən DANIŞDI

10.10.2026 - 16:00Gülnar Əliyeva

İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10.10.2026 - 15:37Gülnar Əliyeva

Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı

10.10.2026 - 14:40Gülnar Əliyeva

Pensiyalarla bağlı SON DƏQİQƏ AÇIQLAMASI – RƏSMİ

10.10.2026 - 14:03Gülnar Əliyeva

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

10.10.2026 - 11:30Gülnar Əliyeva

Prezident SƏRƏNCAM İMZALADI

10.10.2026 - 11:05Gülnar Əliyeva

İlham Əliyev bu şəhər və rayonlara yeni hakimlər təyin etdi - SİYAHI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 272

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 248

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 144

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.