İngiltərənin Lansşayr şəhərində uşaq bağçasında huşsuz vəziyyətdə tapılan azyaşlı ölüb.
Yeniera.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bütün tibbi müdaxilələrə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.
Dəhşətli hadisə İngiltərə Akademiyasının Parbold Duqlas kilsəsində baş verib.
Müəllimlər uşağın reaksiya vermədiyini aşkar etdikdən sonra hadisə yerinə təcili yardım çağırıblar. Uşaq xəstəxanada dünyasını dəyişib.
Hadisəylə bağlı araşdırma aparılır.

