İngiltərədə yaşayan Mörfi ailəsinin həyatı 6 yaşlı oğulları Stivenin “pika sindromu”na yoluxması ilə alt-üst olub.
Yeniera.az Britaniya mediasına istinadən xəbər verir ki, oğlunun suvaqdan tutmuş elektrik naqillərinə kimi çoxsaylı məişət əşyalarını yeməsi ilə mübarizə aparan ailə dövlətdən kömək istəyib.
Oğlunun davranışını nəzarətdə saxlamaq üçün daimi nəzarətə ehtiyacı olduğunu deyən ana “Hər şeyi məhv edir. Onun üçün təhlükəsiz yer yoxdur” deyib.
Hətta ana oğlunun səhhəti ilə əlaqədar işdən belə ayrılıb.
Altı yaşlı övladına “Rəlf Ralf” ləqəbini qoyduqlarını deyən ana uşağın çox mehriban olduğunu vurğulayaraq, onun üçün dövlətdən imdat diləyib.
Ailə xüsusi övladı üçün tək mərtəbəli ev istəyir. Onlar mebelin zədələnməsinin, divarlara dırmaşmasının qarşısını almaq üçün Stivenin otağında xüsusi alçıpan panelləri və havalandırma sistemi qurmağı planlaşdırırlar.
Qeyd edək ki, “pika sindrom”u ciddi yemək pozğunluğu ilə müəyyən edilir. Torpaq, əhəng, saç və ya kağız kimi maddələri istehlak etmək meyli bu pozğunluğun ən çox görülən əlamətlərindən biridir.
“Pika sindrom”una xüsusilə uşaqlarda, hamilə qadınlarda və dəmir çatışmazlığı olan şəxslərdə daha çox rast gəlinir.
Emin Səfərov

