Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7006
  • EUR 1.9041
  • 100 RUB 2.1048
  • GBP 2.2738
  • 100 TRY 3.4205
  • CNY 0.2547
  • GEL 0.6547
  • 100 KZT 0.3769
  • 100 UAH 3.7556
  • AED 0.4631
Dünya

İranda 13 terrorçu öldürülüb

İranda 13 terrorçu öldürülüb

İran təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində keçirdiyi reyd zamanı 13 terrorçu öldürülüb.

Yeniera.az “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə İranın dövlət KİV-ləri məlumat yayıb.

Məlumata görə, silahlı şəxslər bu yaxınlarda İranşəhrdə Daman postunda polisə hücumda şübhəli bilinən qruplaşmanın üzvləri olublar. Bu hücum nəticəsində hüquq-mühafizə orqanlarının 5 əməkdaşı həlak olub.

“Hazırda Sistan və Bəlucistan əyalətində 13 terrorçu öldürülüb, bir neçə silahlı isə həbs edilib”, – Keşikçilər Korpusunun bəyanatında deyilir.

“Tasnim”in məlumatına görə, əməliyyat zamanı Damanda həlak olan polislərin oğurlanmış silah və sursatı müsadirə edilib.

Paylaş: