Azərbaycan incəsənətində öz dəsti-xətti və beynalxalq uğurları ilə seçilən rejissor Cavid Təvəkkül Əhmədov, ölkə daxilində və xaricdə qazandığı 12 Qran Pri mükafatına vaxmayaraq bu gün Mingəçevir Dövlət Dram Teatrında işsiz qalıb.
Dövlət tərəfindən Prezident Mükafatına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmiş sənətkarın belə vəziyyətdə olmasının mədəniyyətimizdə dərin boşluğun və ciddi idarəetmə çatışmazlığının göstəricisidir.
Cavid Təvəkkülün teatr və kino sahəsindəki yaradıcılığı həm mövzu dərinliyi, həm də estetik baxışı ilə seçilsə də,Mingəçevir Teatrında onun işə qəbul edilməməsi davam edir.
Hətta Mədəniyyət Nazirliyi tərəfindən onun Ağdam rayonunda qəbul edildiyi, teatr direktoru tərəfindən işə götürüləcəyi bildirilmiş olsa da, bu vədlər hələ də icra olunmayıb.
Əvəzində, teatrda müəyyən şəxslər gizli “danoslar” yollayaraq Cavid Təvəkkülü
ittiham edir, qara niyyətli rəylərlə işinə mane olurlar.
Bu böhtançılar heç bir yaradıcılıq təcrübəsi olmadan özlərini namaz qılan və dua oxuyan insan kimi təqdim edir, lakin əslində teatrın inkişafına ciddi əngəl törədirlər.
Maraqlıdır ki, Mingəçevirdə müstəqil modern teatrın rəhbəri olan Cavid Təvəkkül, gənc istedadların yetişməsində fəal iştirak edir və dövlət səviyyəli tədbirlərə qatılaraq teatrın prestijini qoruyur.
Buna baxmayaraq, onun işsiz qalması yalnız bir fərdin problemi deyil, bütün mədəniyyət sektorunda istedadların düzgün qiymətləndirilməməsinin bariz nümunəsidir.
Azerbaycan mədəniyyəti, Prezident İlham Əliyevin dəfələrlə mükafatlandırdığı bu rejissoru yenidən yaradıcılıq mühitinə qaytarmalı, Mingəçevir Teatrının səhnəsində onun təcrübəsi və enerjisi ilə yeni layihələrə yol açmalıdır.
Əks halda, istedadlı sənətkarların kənarda qalması həm teatrın keyfiyyətinə həm də gələcək nəsillərin yetişməsinə ciddi zərbə vuracaq.
İstedadlı rejissor Cavid Təvəkkül Əhmədov niyə işsiz qalıb?
Mingəçevir Teatrında kənardan gələn”acinələr” niyə səhnəyə əngəl olur?
Mədəniyyət Nazirliyi bu suallara cavabverməli və tədbir görməlidir.

