Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ-YENİ QAYDA
  • Prezident SƏRƏNCAM İMZALADI
  • Yol polisi sürücülərə müraciət etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»“Kapital Bank” xarici investor bazarına çıxışını genişləndirib

“Kapital Bank” xarici investor bazarına çıxışını genişləndirib

İqtisadiyyat Gülnar Əliyeva09.10.2026 - 11:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ölkənin birinci bankı “Kapital Bank” Bakı Fond Birjasında 50 milyon manat həcmində istiqrazlarını qapalı yerləşdirmə üsulu ilə xarici institusional investora təqdim edərək vəsait cəlb edib. Bu, “Kapital Bank”ın milli valyutada olan istiqraz vasitəsilə xarici bankdan vəsait cəlb etdiyi ilk əməliyyatdır.

Xarici bankın “Kapital Bank”ın istiqrazlarına investisiya etməsi, bankın resurs bazasının diversifikasiyası ilə yanaşı, xarici investorlar üçün cəlbediciliyinin gücləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Kapital Bank” 2024-cü ildən etibarən yerli kapital bazarlarında aktiv fəaliyyət göstərir. Bu müddət ərzində Bank ümumilikdə 170 milyon ABŞ dolları və 260 milyon manat həcmində 11 istiqraz buraxılışını uğurla həyata keçirib. Əvvəlki istiqraz buraxılışlarına yerli investorlar tərəfindən formalaşan yüksək tələb bankın yerli kapital bazarındakı mövqeyinin möhkəmlənməsinə imkan yaradıb.

Yeni istiqraz yerləşdirməsi ilə “Kapital Bank” investor bazasının coğrafiyasını genişləndirərək xarici maliyyə institutlarının da yerli kapital bazarı vasitəsilə banka vəsait yatırmasına imkan yaradıb. Xarici investorun iştirakı Azərbaycanın qiymətli kağızlar bazarının potensialının və yerli maliyyə institutlarına olan marağın artırılması baxımından da əhəmiyyətlidir.

Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Bənzər Xəbərlər

10.10.2026 - 12:05Gülnar Əliyeva

Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ-YENİ QAYDA

10.10.2026 - 11:25Gülnar Əliyeva

Yol polisi sürücülərə müraciət etdi

10.10.2026 - 02:40Gülnar Əliyeva

Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTO

10.10.2026 - 02:25Gülnar Əliyeva

Ukrayna ilə bağlı kritik dönüş, ŞOK plan – 8 ildə ilk dəfə...

10.10.2026 - 02:10Gülnar Əliyeva

Mütəxəssislərdən xəbərdarlıq: Səhərlər yorğun oyanırsınızsa, səbəb bu ola bilər

10.10.2026 - 01:49Gülnar Əliyeva

Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTOLAR

10.10.2026 - 01:45Gülnar Əliyeva

Kimin evində varsa, atmasın: 625 min manata alırlar

10.10.2026 - 00:51Gülnar Əliyeva

ABŞ-dən Rusiya ilə bağlı SENSASİON QƏRAR - LƏĞV OLUNDU

10.10.2026 - 00:50Gülnar Əliyeva

Türkiyədən Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 268

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 245

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 143

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.