Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 92 yaşlı kişi kafedə öldü
  • Küləklə bağlı – Xəbərdarlıq
  • Bugünkü əməliyyatda saxlanılanların – Adları
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maqazin»Keçmiş həyat yoldaşı Ağadadaş Ağayevi məhkəməyə verdi – TƏFƏRRÜAT

Keçmiş həyat yoldaşı Ağadadaş Ağayevi məhkəməyə verdi - TƏFƏRRÜAT

Maqazin Ariz Əhədov28.12.2025 - 13:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Lalə Əliyeva sənətçi ilə boşandıqdan sonra 2018-ci ildə tərəflər arasımda bağlanılan barışıq sazişinin etibarsız hesab edilməsini istəyib.

Əliyeva iddia ərizəsində qeyd edib ki, o, Ağadadaş Ağayevlə boşandıqdan sonra, birgə nikah dövründə olan əmlakın bölünməsi ilə əlaqədar məhkəməyə müraciət edib.

O, Xalq artistinə qarşı iddia qaldıraraq, “Büsat” şadlıq sarayının, “Vüsal” kafesinin, eləcə də, idman kompleksinin birgə nikah dövründə əldə olunduğundan bölünməsini məhkəmədən xahiş edib.

Tərəflər arasında 7 il öncə təsdiqlənən, barışıq sazişinə əsasən Lalə Əliyeva Mərdəkanda yerləşən villadan, eyni zamanda digər əmlak hüquqlarından imtina edib, Ağadadaş Ağayev isə bankdan götürülən 86 716 ABŞ dollar və 14 299 manat kredit borclarını ödəməyi öz üzərinə götürüb. Sənətçi eyni zamanda Mərdəkandakı villada olan hüquqlarından imtina edəcəyini bildirib.

Lalə Əliyeva bildirib ki, dəyəri milyonlarla ölçülən Mərdəkandakı fərdi yaşayış evi uzun illər əvvəl qızlarına alınıb və qızlarının doğum günündə – 2003-cü il tarixdə hədiyyə olaraq evin təməli atılıb:

“2018-ci ildəki məhkəmədə prosesi Ağadadaş Ağayev təklif etdi ki, kredit borcunu ödəsin və ev banka keçməsin. Dedi ki, onsuz da bu bağ evi qızlarımındır. Amma bildirdi ki, hansısa sənədləşmə və kredit işləri ilə əlaqədar onun adına olması lazımdır, yaxın gələcəkdə qızlarına bağışlayacağını, digər əmlakları isə bütün övladları arasında ədalətli şəkildə böləcəyini bildirdi. Mən də Ağadadaş Ağayevin vədlərinə inanaraq barışıq sazişini imzalamağa məcbur oldum”.

Lalə Əliyevanın sözlərinə görə, o, barışıq sazişinə öz sərbəst iradəsinin əleyhinə olaraq birinci qrup əlil qızı, nəvələri və böyük bir ailə ilə evsiz-eşiksiz qalmamaq üçün, eyni zamanda qarşı tərəfin yalan vədlərinə aldanaraq imza atıb:

“Lakin qərardadın qəbulundan xeyli vaxt keçməsinə baxmayaraq, Ağadaş Ağayev verdiyi vədlərin heç birinə əməl etmədi. Əksinə gələcəkdə qızına verəcəyini vəd etdiyi bağ sahəsini indiki həyat yoldaşının adına keçirib. Ağlıma gəlməzdi ki, qızımın atası ona məxsus bağ sahəsini yeni həyat yoldaşına bağışlayacaq”.

Xalq artistinin keçmiş xanımı yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən 2018-ci il tarixli qərardad ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız hesab edilməsini xahiş edib.

Məhkəmə isə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edib ki, iddia tələbləri təmin edilməməlidir.

Belə ki, tərəflər arasında bağlanılmış barışıq sazişində Lalə Əliyeva Mərdəkandakı bağ evi üzərində Ağadadaş Ağayevin xüsusi mülkiyyət hüqunu tanıyıb və keçmiş ərinin xeyrinə evdən imtina edib.

Odur ki, bu saziş əsasında qəbul edilən məhkəmə qərardadı fərdi yaşayış evinə dair çıxarışın verilməsi üçün əsasdır.

Qeyd edək ki, məhkəmə prosesində nə Ağadadaş Ağayevin özü, nə də nümayəndəsi iştirak edib. Məhkəmə onların iştirakı olmadan prosesə baxılmasını mümkün hesab edib. (teleqraf)

Bənzər Xəbərlər

23.04.2026 - 17:43Ariz Əhədov

92 yaşlı kişi kafedə öldü

23.04.2026 - 17:05Ariz Əhədov

Küləklə bağlı - Xəbərdarlıq

23.04.2026 - 16:50Ariz Əhədov

Bugünkü əməliyyatda saxlanılanların - Adları

23.04.2026 - 16:25Ariz Əhədov

“Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü - Fotolar

23.04.2026 - 16:12Ariz Əhədov

10 gün dərs olmayacaq - Tarixlər 

23.04.2026 - 15:47Ariz Əhədov

Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

23.04.2026 - 15:05Ariz Əhədov

Metroda qatarların hərəkəti tam bərpa olundu

23.04.2026 - 14:53Ariz Əhədov

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

23.04.2026 - 14:40Ariz Əhədov

Qaynanası tanınmış modeli QƏTLƏ YETİRDİ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 163

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 971

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 918

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 106
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.