Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Dizel mühərrikli avtomobillər qadağan edilir? – VİDEO
  • ​“WhatsApp” ödənişli oldu – Məbləğ
  • Azərbaycanda maaşlarda artımlarla bağlı ŞAD XƏBƏR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ

Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ

Cəmiyyət Ariz Əhədov30.04.2026 - 22:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ

Kirayə mənzil bazarında son vaxtlar həyata keçirilən dəyişikliklər diqqəti yenidən bu sahədəki problemlərə yönəldib. Xüsusilə müqaviləsiz kirayə münasibətlərinə görə tətbiq olunan inzibati cərimələrin artırılması mövzusu həm ev sahibləri, həm də kirayəçilər arasında müzakirələrə səbəb olub.

Yeniera.az xəbər verir ki, əvvəllər bu qaydanın pozulmasına görə 30 manat cərimə tətbiq edilirdisə, yeni qaydalara əsasən məbləğin 300 manata qədər yüksəldilməsi artıq daha sərt nəzarət mərhələsinə keçildiyini göstərir.

Mütəxəssislərin fikrincə, bu addımın əsas məqsədi kirayə bazarında uzun illərdir mövcud olan qeyri-rəsmi münasibətləri aradan qaldırmaq, bütün kirayə əməliyyatlarını rəsmi müqavilələr çərçivəsinə salmaq və vergi uçotunu gücləndirməkdir. Beləliklə, həm dövlət büdcəsinə daxilolmaların artırılması, həm də bazarda şəffaflığın təmin edilməsi hədəflənir.

Ekspertlərin sözlərinə görə, bu dəyişikliklər kirayə münasibətlərinin daha sivil və beynəlxalq standartlara uyğun şəkildə formalaşmasına xidmət edir. Eyni zamanda, vergi sisteminə daha çox iştirakçının cəlb olunması iqtisadi baxımdan da əhəmiyyətli sayılır.

Hazırda kirayə gəlirlərinə tətbiq olunan vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi müəyyən yumşaldıcı addım kimi qiymətləndirilsə də, mütəxəssislər hesab edir ki, daha balanslı yanaşma – həm nəzarətin gücləndirilməsi, həm də vergi yükünün optimallaşdırılması daha effektiv nəticə verə bilər.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a açıqlamasında bildirib ki, elə evlər var ki, onların rəsmi sənədi yoxdur. Bu isə müqavilə bağlanması məsələsini çətinləşdirir:

“Çünki sənədi olmayan evdə kirayə müqaviləsinin necə rəsmiləşdiriləcəyi sual doğurur və bu mövzu açıq qalır.

Əslində vətəndaşın öz mülkiyyətində olan əmlak var və orada yaşayış üçün bütün şərait – qaz, su, işıq və digər kommunal xidmətlər mövcuddur. Lakin kirayə vermək üçün müqavilə imzalanmalıdır, müqavilə üçün isə adətən çıxarış tələb olunur. Bir çox vətəndaş bu sənədləşməni həyata keçirə bilməyib.

Digər hallarda isə müqavilənin bağlanması hər iki tərəfi qoruyur. Müqavilə həm ev sahibinin, həm də kirayəçinin öhdəliklərini müəyyən edir və hüquqi təminat yaradır.

Ev sahibi üçün bu, risklərin azalması deməkdir. Məsələn, kirayəçi evdən çıxmaqdan imtina edə, ödənişləri gecikdirə və ya evə zərər vura bilər. Müqavilə bu kimi halların qarşısını almaqda hüquqi əsas rol oynayır. Eyni zamanda kirayəçi üçün də müəyyən risklər var. Bunlara gözlənilmədən kirayə haqqının artırılması, vaxtından əvvəl evdən çıxarılma və ya yaşayış şəraitinin dəyişdirilməsi kimi hallar daxildir. Müqavilə bu məsələlərdə də tərəflərin hüquqlarını qoruyur və sabitlik yaradır. Bununla yanaşı, kirayə bazarında müxtəlif əlavə xərclər də mövcuddur – vasitəçi xidmətləri, komissiyalar, köçmə və təmir xərcləri və s. Bu da bazarı daha mürəkkəb edir”.

E. Azadov bildirir ki, hazırda tətbiq olunan 10 faizlik vergi dərəcəsi yüksəkdir və daha da aşağı salınmalıdır: “Çünki mənzillərin böyük hissəsi hələ də qeyri-rəsmi şəkildə kirayə verilir. Mütəxəssislərin fikrincə, verginin 5-7 faizə endirilməsi daha effektiv ola bilər. Cərimələrin isə hazırda daha çox inzibati nəzarət vasitəsi kimi nəzərdə tutulduğu bildirilir. Amma sual yaranır ki, bu cərimələr kirayə bazarına və qiymətlərə təsir edəcəkmi?

Cərimələrin artırılması kirayə qiymətlərinə ciddi təsir göstərməyəcək. Əksinə, hesab olunur ki, qiymətlər daha çox bazar şərtləri və vergi yükü ilə formalaşır. Ona görə də cərimələrin artması kirayə qiymətlərini birbaşa dəyişməyəcək”.

Bənzər Xəbərlər

30.04.2026 - 22:40Ariz Əhədov

​“WhatsApp” ödənişli oldu - Məbləğ

30.04.2026 - 22:24Ariz Əhədov

Azərbaycanda maaşlarda artımlarla bağlı ŞAD XƏBƏR

30.04.2026 - 21:30Ariz Əhədov

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər – 1139 AZN ödəyəcəksiniz

30.04.2026 - 21:13Ariz Əhədov

Partlayışda yaralanan həkimin FOTOSU

30.04.2026 - 21:00Ariz Əhədov

Gənc müəllim ürəktutmadan vəfat etdi – FOTO

30.04.2026 - 20:38Ariz Əhədov

Azərbaycanda "13-cü maaş və pensiya": Kim verir, kim vermir?

30.04.2026 - 19:30Ariz Əhədov

“ABŞ-dən təklif almışıq”

30.04.2026 - 19:00Ariz Əhədov

Bu yollar 3 gün bağlı olacaq - Xəbərdarlıq

30.04.2026 - 18:30Ariz Əhədov

Bu ərazidə qaz olmayacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 308

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 088

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 958

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 178
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.