Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
İdman

Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq

Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq

Bu gün UEFA-nın klub turnirlərində 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Yeniera.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında növbəti mərhələnin cütləri müəyyənləşəcək.

Çempionlar Liqasında püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da, Avropa Liqasında saat 15:00-da, Konfrans Liqasında isə saat 16:00-da start götürəcək.

Azərbaycan təmsilçilərindən “Sabah” ÇL-də, “Qarabağ” Avropa Liqasında, “Zirə” və “Neftçi” isə Konfrans Liqasında potensial rəqiblərini tanıyacaq.

Xatırladaq ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Sabah” Finlandiyanın KuPS klubu ilə 2-ci təsnifat mərhələsində qarşılaşacaq.

Ağdamın “Qarabağ” komandası isə Avropa Liqasının eyni mərhələsində Bolqarıstan SSKA-sı ilə üz-üzə gələcək.

Konfrans Liqasında çıxış edən “Zirə” Estoniyanın “Payde”, “Neftçi” isə Belarusun “Dinamo” (Minsk) klubu ilə görüşəcək.

Paylaş: