Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İsmail Kartal “Fənərbağça”dan istefa verdi
  • Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?
  • İlham Mirzəyev DANIŞDI: “Gücüm yoxdur…”
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İdman»“Krasnodar” Azərbaycan millisinin futbolçusuna klubda işləməyi təklif edib

“Krasnodar” Azərbaycan millisinin futbolçusuna klubda işləməyi təklif edib

İdman Ariz Əhədov26.08.2025 - 00:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rusiya təmsilçisi “Krasnodar” Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadəyə klubda işləməyi təklif edib.

Bunu “Report”a yığmanın kapitanı özü deyib.

O, bu komandadan Türkiyənin “Yüksekova” klubuna keçidi ilə bağlı danışıb:

“Mən Rusiyada olanda Türkiyədən təkliflər almışdım. Amma burda çempionatın bitməsini gözləyirdim. Daha sonra qərar verəcəkdim. Elə oldu ki, “Yüksekova”dan yaxşı təklif aldım. Mən də dəyərləndirmək qərarına gəldim. Amma ilk olaraq “Krasnodar”ın məşqçisi və direktoru ilə danışdım. Onların fikirlərini dinlədikdən sonra qərarımı qətiləşdirdim. Üç ay sonra müqaviləmin müddəti bitəcəkdi”.

O, Rusiya klubunda beş il çıxış etdiyini xatırladıb:

“Artıq bəlli yaşım var. Qərarım liqa və çempionat bitəndən sonra başqa ölkəyə getmək idi. Amma mənə burada qalıb klubda işləməyi təklif etdilər. Bu məqam məni çox sevindirsə də, düşündüm ki, futbolçu karyeramı davam etdirməliyəm. Millinin üzvüyəm. Karyeramı başa vurmaq fikrində deyiləm”.

S.Cəfərzadə hər futbolçuya belə təkliflərin gəlmədiyini deyib:

“Hər oyunçuda belə şans olmur. Bunu dəyərləndirib işimə davam edəcəyəm. Bəlkə bu transfer məni daha böyük klublara aparacaq. Böyük uğurlara gedən yol kiçik addımlardan keçir. İlk dəfə Türkiyə çempionatında oynayacağam. Bunu dəyərləndirib yaxşı yerlərə getməyə çalışacağam. Amma olduğum yerdən də çox məmnunam. Ona görə buradayam. Gələcəklə bağlı sonra qərar verəcəyəm. İndidən tələsmək istəmirəm. Mənə olan inamı doğrultmağa çalışacağam”.

Qeyd edək ki, Sevinc Cəfərzadə “Yüksekova” klubu ilə 1 illik müqavilə bağlayıb. Azərbaycan millisinin qapıçısı Aytac Şərifova da bu komandanın formasını geyinir.

Bənzər Xəbərlər

11.09.2026 - 02:01Gülnar Əliyeva

İsmail Kartal "Fənərbağça"dan istefa verdi

11.09.2026 - 00:57Gülnar Əliyeva

"Sabah" Çempionlar Liqasına məğlubiyyətlə başladı

10.09.2026 - 23:05Gülnar Əliyeva

“Mançester Yunayted” - “Sabah” - CANLI YAYIM

10.09.2026 - 12:15Gülnar Əliyeva

Yamal “Barselona”nın tarixinə düşdü

10.09.2026 - 11:00Gülnar Əliyeva

“Sabah” “Mançester Yunayted”ə qarşı

10.09.2026 - 00:58Gülnar Əliyeva

Çempionlar Liqası: "Barselona" mövsümə darmadağınla başladı

09.09.2026 - 16:10Gülnar Əliyeva

Zubir "Qarabağ"a qayıdır? - RƏSMİ

09.09.2026 - 10:00Gülnar Əliyeva

"Sabah"da yeni hücumçu - RƏSMİ

08.09.2026 - 11:38Gülnar Əliyeva

Ronaldo və Messi eyni komandada oynayacaq - Rəsmi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 002

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 060

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 987

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 792
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.