Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 92 yaşlı kişi kafedə öldü
  • Küləklə bağlı – Xəbərdarlıq
  • Bugünkü əməliyyatda saxlanılanların – Adları
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»“Məqsədimiz sülhün silah gücünə əldə olunmamasını təmin etməkdir” – Deputat

“Məqsədimiz sülhün silah gücünə əldə olunmamasını təmin etməkdir” - Deputat

Siyasət Ariz Əhədov10.11.2025 - 15:27
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Dünyada baş verən müharibə və münaqişələr yürüdülən siyasətə daha düşünülmüş, uzaqgörən yanaşma tələb edir”.

Bu fikirləri Yeniera.az-a Milli Məclisin deputatı Azər Badamov Prezidentin Zəfər Paradındakı çıxışına münasibət bildirərkən deyib.

O bildirib ki, bunun əsas səbəbi bir yandan beynəlxalq təşkilatların öz məqsəd və vəzifələrindən uzaq düşməsi, digər yandan gücün beynəlxalq hüququn norma və prinsiplərini üstələməsidir. Bu reallığı zamanında dərk edən aktorlar isə proseslərə bir addım öncədən qoşulurlar.

Deputat əlavə edib ki, Azərbaycan Prezidenti illər ərzində Azərbaycan Ordusunun arsenalını gücləndirmək istiqamətində ardıcıl addımlar atıb:

“Bu, güclü maliyyə resursu tələb edirdi ki, bunun öhdəsindən güclü iqtisadiyyat qurmaqla gəldik. Eyni zamanda, müasir silah-sursatla təmin olunmaq üçün bağlanılan müqavilələr düşünülmüş strategiya və uzaqgörən diplomatiya tələb olunurdu. Ordumuzun müasirləşdirilməsi kompleks yanaşmanın nəticəsidir. Şəxsi heyətin yüksək əhval-ruhiyyəsi və ideoloji tərbiyəsi də burada vacib rol oynadı. Qarabağı görməyən gəncliyin azadlığı bunun bariz nümunəsidir”.

Azər Badamov qeyd edib ki, Azərbaycanda müdafiə xərclərinə xüsusi diqqət göstərilir:

“Cənab Prezidentin göstərişinə əsasən, 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırıldı. Bu, ordunun gücləndirilməsinə verilən prioritetin konkret göstəricisidir”.

Parlamentari həmçinin İlham Əliyevin çıxışındakı sözləri xatırladıb:

“‘Zəfəri qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir”. İndiki regional və beynəlxalq reallıqlar bunu daha da aktuallaşdırır hər bir addım və qərar yalnız regional yox, beynəlxalq rakursda da diqqətlə dəyərləndirilməlidir. Milli təhlükəsizliyə kompleks yanaşma zəruridir, sərt güc elementləri ilə yanaşı yumşaq güc vasitələri də nəzərə alınmalıdır və Azərbaycan dövləti məhz bu prinsiplə hərəkət edir”.

Deputat vurğulayıb ki, ordunun Türkiyə modeli üzərində qurulması strateji əhəmiyyət daşıyır:

“Bu, həm Türkiyənin müdafiə sənayesinin qabaqcıl texnologiyalarından yararlanmağa, həm də yeni əməkdaşlıqlara yol açır. 2024-cü ildə Türkiyənin müdafiə və aerokosmik ixracatı 7,2 milyard ABŞ dolları olub. Belə bir tərəfdaşı ilə daha sıx inteqrasiya ölkəmiz üçün strateji üstünlükdür”.

Azər Badamov sonda bildirib ki, ordunun gücləndirilməsi heç də kəskin rəqabətin mərkəzində yer almaq məqsədilə həyata keçirilmir:

“Bizim məqsədimiz sülhün silah gücünə əldə olunmamasını təmin etməkdir”.

Ariz Həsənoğlu

Bənzər Xəbərlər

23.04.2026 - 17:43Ariz Əhədov

92 yaşlı kişi kafedə öldü

23.04.2026 - 17:05Ariz Əhədov

Küləklə bağlı - Xəbərdarlıq

23.04.2026 - 16:50Ariz Əhədov

Bugünkü əməliyyatda saxlanılanların - Adları

23.04.2026 - 16:25Ariz Əhədov

“Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü - Fotolar

23.04.2026 - 16:12Ariz Əhədov

10 gün dərs olmayacaq - Tarixlər 

23.04.2026 - 15:47Ariz Əhədov

Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

23.04.2026 - 15:33Ariz Əhədov

TƏCİLİ! Bu qurumda həbslər BAŞLADI

23.04.2026 - 15:05Ariz Əhədov

Metroda qatarların hərəkəti tam bərpa olundu

23.04.2026 - 14:53Ariz Əhədov

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 161

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 970

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 918

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 106
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.