Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Sammiti ərəfəsində nəqliyyatda qeyri-adi insident baş verib.
Yeniera.az Qərb mətbuatına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın korteji səbəbindən bütün yollar bağlanıb və Fransa Prezidenti Emmanuel Makronun avtomobili də polis tərəfindən saxlanılıb.
Makron avtomobilindən düşərək Trampa zəng vurub və zarafatla “Yolu təmizlə” deyib.
Həmin görüntülər sosial mediada gündəm olub.
Leyla Cəfərova

