Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezidentdən bu iki qurumla bağlı Fərman
  • Qadın pensiyaçılara ŞAD XƏBƏR
  • Bakıya şiddətli dolu düşməsinin səbəbi bu imiş – AÇIQLANDI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Media»Medianın İnkişafı Agentliyində Anım Gününə həsr olunan tədbir keçirilib – FOTOLAR

Medianın İnkişafı Agentliyində Anım Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

Media Ariz Əhədov27.09.2025 - 20:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link
27 sentyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Yeniera.az xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə müasir Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcını qoymaqla yanaşı, həm də xalqımızın əzm və iradəsini, birlik və həmrəyliyini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi dövründə media nümayəndələrinin əzmkar fəaliyyətini xüsusi qeyd edən İcraçı direktor Azərbaycan jurnalistlərinin yerli ictimaiyyətin dəqiq və qərəzsiz informasiya ilə təmin edilməsində, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı müstəsna rolu diqqətə çatdırıb.

Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, məhz bu gün tariximizdə əksini tapan milli həmrəyliyin və birliyin simvolu olmaqla yanaşı, həm də xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin əzəmətli göstəricisidir. Onun sözlərinə görə, şəhidlərimizin canı və qanı bahasına qazanılmış Zəfər, Azərbaycan cəmiyyətinin gələcək inkişaf yolunda həm məsuliyyət, həm də ilham mənbəyidir.

Daha sonra Agentliyin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova çıxış edərək bildirib ki, Anım Günü yalnız qəhrəman şəhidlərimizin əziz xatirəsinin yad edilməsi deyil, eyni zamanda Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik ideyalarında və azadlıq uğrunda mübarizə tarixində əbədi iz buraxmış bir gündür. Onun sözlərinə görə, medianın üzərinə düşən əsas vəzifələrdən biri də məhz həmin qəhrəmanlıq salnaməsini geniş işıqlandırmaq, şəhidlərin əziz xatirəsini daim uca tutmaq və onların mübarizə ruhunu gələcək nəsillərə ötürməkdən ibarətdir.

Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Elşən Ağayev isə Vətən müharibəsi dövründə informasiya cəbhəsində çalışan jurnalistlərin fəaliyyətinə toxunub. O qeyd edib ki, media nümayəndələri yalnız arxa cəbhədə deyil, ön xətdə də fəaliyyət göstərərək, həm ölkə ictimaiyyətini operativ və dəqiq məlumatlarla təmin etmiş, həm də Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqla informasiya müharibəsində mühüm nailiyyətlər qazanmışlar.

Daha sonra Medianın İnkişafı Agentliyinin kollektivi Zəfər parkına gəlib, Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.


Bənzər Xəbərlər

26.05.2026 - 23:10Ariz Əhədov

Prezidentdən bu iki qurumla bağlı Fərman

26.05.2026 - 22:48Ariz Əhədov

Qadın pensiyaçılara ŞAD XƏBƏR

26.05.2026 - 22:27Ariz Əhədov

Bakıya şiddətli dolu düşməsinin səbəbi bu imiş – AÇIQLANDI

26.05.2026 - 19:40Ariz Əhədov

DİQQƏT: Bu şəxslərə ömürlük pensiya təyin edilə bilər

26.05.2026 - 19:15Ariz Əhədov

Yeni direktor bu başçının qardaşıdır

26.05.2026 - 18:45Ariz Əhədov

Bu deputatların mandatı ləğv edilə bilər

26.05.2026 - 18:33Ariz Əhədov

Ramilə Quliyeva həbs edildi - 14 il əvvəlki dəhşətli qətl

26.05.2026 - 18:00Ariz Əhədov

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

26.05.2026 - 17:05Ariz Əhədov

Azərbaycanda ən yaşlı seçicilər onlardır - 106 və 136 yaşları var

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 604

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 232

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 025

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 245
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.