Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9090
  • 100 RUB 2.0290
  • GBP 2.2616
  • TRY 0.0343
  • CNY 0.2541
  • GEL 0.6550
  • 100 KZT 0.3755
  • UAH 0.0379
  • AED 0.4628
İqtisadiyyat

Mərkəz Bankln cərimələdiyi 600 min manatlıq şirkət sahibi görün kimdir

Mərkəz Bankln cərimələdiyi 600 min manatlıq şirkət sahibi görün kimdir

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi xidməti göstərən “MMK-014” MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Cəzalandırılan həmin vəzifəli şəxsin kimliyini və şirkətin keçmişini 32gun.az araşdırıb.

Əldə etdiyimiz məlumata görə, şirkət 600 min manatlıq böyük nizamnamə kapitala malikdir. “MMK-014” MMC 2024-cü ilin yanvarında təsis edilib, qanuni təmsilçisi Tural Mikayılov Məhərrəm oğludur.

Yasamal rayonunda qeydiyyatda olan MMC-nin hüquqi ünvanının ötən il dəyişdirilməsi və Mərkəzi Bankın məhz bu şəxsi məsuliyyətə cəlb etməsi isə qurumun fəaliyyətindəki qayda pozuntularını gündəmə gətirib.

Qeyd edək ki, 17 yanvar 2025-ci il tarixində “MMK-014” MMC-yə VMF-07 kodu ilə lisenziya təqdim edilib. Bununla da lisenziyalı “exchange”lərin sayı yeddiyə yüksəlib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında da Azərbaycan Mərkəzi Bankı valyuta rejiminin tənzimlənməsi məqsədilə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nı təsdiq edib. Yeni qaydaların 3.4-cü maddəsinə əsasən, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədən nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dollarından artıq satılması və 10 000 ABŞ dollarından artıq alınması, habelə 3.6-cı maddəyə əsasən bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının günlük həddinin 20 000 manatdan çox olması qadağan olunub.

Paylaş: