150-yə yaxın filmdə rol alan tanınmış latviyalı kinoaktyor Paul Butkeviç 85 yaşında dünyasını dəyişib.
Yeniera.az xəbər verir ki, bu barədə “Baltijas Balss” xəbər portalı məlumat yayıb.
Aktyor postsovet məkanında daha çox sovet kino layihələrində, o cümlədən “Baharın 17 anı” və “Qardemarinlər, irəli!” çoxseriyalı filmlərində iştirakı ilə məşhurluq qazanıb. O, həmçinin “Dyunalarda uzun yol”, “Yarımçıq qalmış şam yeməyi”, “İlğım” filmlərində və digər ekran əsərlərində də çəkilib.
Karyerası ərzində Butkeviç müxtəlif ölkələrin kino istehsalında iştirak edib, 150-dən çox tammetrajlı film və televiziya layihələrində çıxış edib. Onun 1960-cı illərdə başlayan aktyorluq fəaliyyəti bir neçə onilliyi əhatə edib.
O, 2016-cı ildə Latviya mədəniyyətinə və kino sənətinə verdiyi töhfələrə görə IV dərəcəli “Tanınma” xaçı ilə təltif edilib.


