Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Elşad Xose vəfat edib?
  • Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ
  • Hikmət Hacıyev Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə paylaşım edib – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Mnatsakanyanın əhkəməsində ibtidai istintaqa verdiyi ifadələr elan olunub

Mnatsakanyanın əhkəməsində ibtidai istintaqa verdiyi ifadələr elan olunub

Hadisə Ariz Əhədov01.09.2025 - 15:43
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr elan olunub.

Yeniera.az xəbər verir ki, o, ibtidai istintaqa ifadəsində bildirib ki, 1992-ci ilin sentyabr ayında qondarma rejimin “ordusunda” tabor komandirinin müavini vəzifəsində hərbi xidmətə başlayıb. Müxtəlif vəzifələrə təyin olunub, sonra 2007-ci ilin may ayından 2012-ci ilin noyabr ayınadək qondarma rejimin “müdafiə ordusu”nun qərargah rəisi, 2012-ci ilin noyabr ayından 2015-ci ilin iyun ayınadək isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 2018-ci il dekabrın 14-dən 2019-cu ilin may-iyun ayınadək Xankəndi şəhərində “Xilasetmə idarəsinin direktoru”, 2019-cu ilin may-iyun ayından 2020-ci ilin iyun ayınadək “polis rəisi” olub. Təqaüdə göndərildikdən sonra heç bir yerdə işləməyib.

Qondarma qurumun “müdafiə ordusu”nun komandanı vəzifəsində xidmət etdiyi müddətdə “ordunun” maliyyələşməsi, silahlandırılması və sair bu kimi məsələlər Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahı tərəfindən Ermənistan Respublikasının büdcə vəsaiti hesabına həyata keçirilib.

1992-ci ilin sentyabr ayında qondarma qurumun “müdafiə ordusu”nda zabit kimi hərbi xidmətə başladığı gündən etibarən birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Füzuli, Ağdərə, Ağdam və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bənzər Xəbərlər

01.08.2026 - 16:31Gülnar Əliyeva

Elşad Xose vəfat edib? 

01.08.2026 - 16:13Gülnar Əliyeva

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

01.08.2026 - 15:00Gülnar Əliyeva

Bu həftə 3 bürcün həyatı alt-üst olacaq

01.08.2026 - 14:41Gülnar Əliyeva

Hava dəyişir - Yağış yağacaq, şimşək çaxacaq!

01.08.2026 - 13:57Gülnar Əliyeva

“3783 manatı mənə ödəmək istəmirlər” - “VİVA-RİVA”dan şikayət

01.08.2026 - 13:53Gülnar Əliyeva

Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu - FOTO

01.08.2026 - 13:39Gülnar Əliyeva

Bu gündən etibarən qüvvəyə mindi:1il müddətinə belə OLACAQ

01.08.2026 - 13:08Gülnar Əliyeva

Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır

01.08.2026 - 12:40Gülnar Əliyeva

Sabah 39° isti olacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 434

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 668

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 698

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 545
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.