Keçmiş vəzifəli şəxs Əzizbala Mövlud oğlu Mustafayev vəfat edib.

Yeniera.az xəbər verir ki, onun sonuncu əmək fəaliyyəti Milli Məclisdə deputat köməkçisi olub.

Ə.Mustafayev 1948-ci ildə Quba rayonunda anadan olub. O, əmək fəaliyyətinə Qaradağ rayonunda başlayıb.

Rayon Partiya Komitəsində və İcra Hakimiyyəti strukturlarında rəhbər vəzifələrdə çalışıb. Bununla yanaşı o, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının əvəzi və birinci müavini vəzifələrində işləyib.

Həmçinin Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat şöbəsində, Material Ehtiyatları Nazirliyində, Dərin Özüllər Zavodunda, “Azərsutikinti” Səhmdar Cəmiyyətində müxtəlif mühüm rəhbər vəzifələrdə işləyib. Zəngin avtobioqrafiyaya, dərin zəkaya və ensiklopedik biliyə malik olan Əzizbala Mustafayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət etsin!

Exit mobile version