Kiprin “Pafos” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Murad Məmmədov komandasında ilk qolunu rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında Avstriyanın “Zaltsburq” klubuna qarşı matçın 82-ci dəqiqəsində oyuna daxil olub.
Məmmədov cəmi iki dəqiqə sonra fərqlənərək komandasının hesabı 3:3-ə bərabərləşdirməsinə kömək edib.
Qeyd edək ki, tərəflər arasında Avstriyada baş tutan ilk görüşdə “Zaltsburq” 1:0 hesablı qələbə qazanmışdı.

