Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Andrade “Qarabağ”dan gedir – Bu klubla ANLAŞDI
  • İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
  • Elşən Əsgərov Azərbaycana gətirildi – Nazirlik MƏLUMAT YAYDI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Özəl»“Nə İsrail, nə də HƏMAS müharibəni bitirəcək” – AÇIQLAMA

“Nə İsrail, nə də HƏMAS müharibəni bitirəcək” - AÇIQLAMA

Özəl Ariz Əhədov09.10.2025 - 17:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Atəşkəsin qüvvəyə minməsi Yaxın Şərqdə müvəqqəti də olsa nəfəsdərmə mərhələsidir. Ancaq bu bölgəni tanıyan hər kəs bilir ki, “atəşkəs” burada heç vaxt tam sülh anlamına gəlmir”.

Bu fikirləri Yeniera.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bu gün İsrail və HƏMAS arasında baş tutan atəşkəs prosesinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, HƏMAS-la İsrailin düşmənçiliyini bir neçə bəndlik razılaşma ilə bitirmək mümkünsüzdür:

“İsrail və HƏMAS arasındakı düşmənçilik o qədər dərin köklərə malikdir ki, bir neçə bəndlik razılaşma ilə bu gərginliyin bitəcəyini düşünmək sadəlövhlük olar. Bu, daha çox beynəlxalq təzyiqlərin və ictimai fikrin doğurduğu “məcburi fasilə” təsiri yaradır”.

Siyasi ekspert hesab edir ki, nə İsrail, nə də HƏMAS müharibəni bitirməyəcək:

“İsrailin daxili siyasətində sağçı qüvvələr hələ də müharibə ritorikasını qoruyur. Netanyahu üçün sülh deyil, “qələbə görüntüsü” əsasdır. O, siyasi gələcəyini HƏMAS-ı tam zərərsizləşdirmək üzərində qurub. Buna görə də, razılaşma pozularsa, ilk addımı İsrail tərəfi ata bilər. HƏMAS-ın da tam silahı yerə qoyması real görünmür. Qəzzada sosial infrastruktur dağıdılıb, xalqın əsəbləri gərilib, bu da revanşist əhval-ruhiyyəni diri saxlayır.

Digər tərəfdən, İran, Hizbullah və bölgədəki digər aktorlar hələ səhnədən çəkilməyiblər. Bu oyunçular sülhü öz maraqları ilə ölçürlər. ABŞ və Qərb isə sülh prosesi üzərində təsir imkanlarını qorumağa çalışır. Əgər atəşkəs uzunmüddətli sülh sazişinə çevrilməsə, bölgə yeni toqquşmalara hamilə qalacaq. İsrail üçün təhlükə yalnız HƏMAS deyil, həm də imic itkisi riskidir”.

Politoloq sonda bildirib ki, Yaxın Şərqdə vəziyyət diplomatiyanın deyil, psixologiyanın üzərində qurulub:

“Yaxın Şərqdə vəziyyətin istiqaməti indi diplomatiyanın deyil, psixologiyanın üzərində qurulub. İki tərəf də bir-birinə inanmır, bu da hər atəşkəsi “müvəqqəti saziş” səviyyəsində saxlayır. Əgər regional qüvvələr, xüsusən də Türkiyə və Qətər vasitəçilik səylərini artırsa, müəyyən sabitlik mümkündür. Lakin İsrailin sülhü pozmaq potensialı hələ də yüksəkdir. Çünki o, təhlükəsizlik anlayışını hərbi üstünlük üzərində qurub.

Yekunla desək, Yaxın Şərqdə indi sükunət var, amma bu sükunət “fırtına öncəsi sakitlik” təsiri bağışlayır”.

Mikayıl Mirzəzadə

Bənzər Xəbərlər

21.06.2026 - 19:30Ariz Əhədov

Andrade “Qarabağ”dan gedir - Bu klubla ANLAŞDI

21.06.2026 - 19:22Ariz Əhədov

İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır

21.06.2026 - 19:18Ariz Əhədov

Elşən Əsgərov Azərbaycana gətirildi - Nazirlik MƏLUMAT YAYDI

21.06.2026 - 19:15Ariz Əhədov

İsmayıl İmanzadə v'fat etdi - FOTO

21.06.2026 - 17:44Ariz Əhədov

 DYP reydlərə başladı:Saxlanılanlar var

21.06.2026 - 15:30Ariz Əhədov

Şimşək çaxacaq - Dolu düşəcək

21.06.2026 - 15:16Ariz Əhədov

Azərbaycanda yumurta niyə 1 qəpiyə düşüb? - Səbəb AÇIQLANDI

21.06.2026 - 12:18Ariz Əhədov

Ermənistanda KRİTİK günlər başladı - Plan baş tutarsa...

21.06.2026 - 12:16Ariz Əhədov

TƏBİB-dən çıxarılan Anar İsrafilovun yeni iş yeri məlum oldu – Direktor göndərilir

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 190

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.