Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 92 yaşlı kişi kafedə öldü
  • Küləklə bağlı – Xəbərdarlıq
  • Bugünkü əməliyyatda saxlanılanların – Adları
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir – FOTO

Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO

Gündəm Ariz Əhədov23.04.2026 - 14:03
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatları ilə bağlı baş vermiş şübhəli olaylar haqda redaksiyamıza mühüm məlumatlar daxil olub.

Yeniera.az Bakupost.az-a istinadən xəbər verir ki, daxil olan məlumatda bütün qanuni prosedurların formal xarakter daşıdığı, kadrların təyinatında imtahan sisteminin saxtalaşdırıldığı, əslində isə bunun gözdən pərdə asmaq üçün istifadə edildiyi, istədikləri təyinatı qanundankənar həyata keçirdikləri bildirilir.

Məsələn, 7 fevral 2022-ci ildə “dövlət qulluğuna qəbul üçün daxili müsahibə” keçirilməsi barədə elan verilir. Namizədlər qeydə alınır və mart ayında müsabiqələr başlayır.

Vakant yerlərdən biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsi ilə bağlıdır. Bu şöbənin yaradılması da olduqca maraqlıdır: Hüquq şöbəsi ləğv edilir, şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru, 20 ilə yaxın bu şöbədə çalışan Teymur Şəkərəliyev işdən uzaqlaşdırılır. 47 yaşında olan T.Şəkərəliyevə heç bir yerdəyişmə təklif edilmir, sadəcə, şöbəsi ləğv edilir və nazirlikdən tamamilə uzaqlaşdırılır.

Ardınca isə Hüquq və insan resursları şöbəsi yaradılır və Teymur Şəkərəliyevin bundan öncə katibəsi işləmiş Aynurə Kərimova müdirliyə namizəd olur.
BakuPost

Yeri gəlmişkən qeyd edək ki, A.Kərimova bundan öncə Ətraf Mühitin Mühafizəsi Departamentində (hazırkı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti) də katibə vəzifəsini yerinə yetirib.

Qəribə bu deyil, hər kəsin vakansiyaya iddia etmək hüququ var. Qəribə odur ki, şöbə müdiri vəzifəsinə namizəd olan Aynurə Kərimova 11 mart 2022-ci ildə saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 1 saylı Müsahibə otağında imtahan-müsahibəyə cəlb edilir. 15 aprel 2022-ci il tarixində rəsmi nəticələr elan edilir və bəlli olur ki, A.Kərimova 19 bal toplayıb və vəzifəyə uyğundur. Onun vəzifəyə uyğunluğu təsdiqlənəndən sonra iddia etdiyi vəzifəyə təyin olunub.

Ancaq 11 mart 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kənd təsərrüfatı, xüsusilə Meşəçilik ixtisasında təhsil alan müxtəlif kurslardan olan tələbələrlə Gəncədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının görüşü keçirilib. ADAU-nun saytından oxuyuruq ki, 11 mart 2022-ci ildə keçirilən bu görüşdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovla birgə nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova da iştirak edib. Və nəinki iştirak edib, həm də öz çıxışı ilə tələbələri maarifləndirib və onun bu tədbirdə tribunada olduğunu əks etdirən görüntü də var.

BakuPost

Bir şəxsin eyni vaxtda həm Bakıda imtahan verməsi, imtahandan uğurla keçməsi, nəticələrin dərhal hazırlanması və onun namizəd olduğu vəzifəyə təyin olunması ilə eyni anda-saatda Gəncədə həmin vəzifənin sahibi kimi tələbələr qarşısında çıxış etməsinin mümkünsüzlüyü hər kəsə aydındır. Bu isə imtahan-müsahibənin formallığının, əslində isə vəzifə təyinatlarında saxtalaşdırmanın bariz sübutudur.

BakuPost

Yeri gəlmişkən, A.Kərimovanın Bakıda imtahan verib, uğur qazanıb və vəzifəyə təyin olunduğu saatda Gəncədə nazir müavini Vüqar Kərimovla birgə tədbirdə itirak etməsi təsadüf deyil. Burda yeganə təsadüf olan soyadların oxşarlığıdır, onlar qohum deyillər. Təsadüfi olmayan A.Kərimovanın V.Kərimovun kadrı olmasıdır.

BakuPost

Ümumiyyətlə, Vüqar Kərimovun Ekologiya və Təbii Sərvətlər Nazirliyində müstəsna səlahiyyətə malik olduğu və kadrların təyinatının onun təqdimatına bağlı olduğu vurğulanır.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və ADAU-ya sorğu ünvanlamışıq.

BakuPostBakuPostBakuPost

Bənzər Xəbərlər

23.04.2026 - 17:43Ariz Əhədov

92 yaşlı kişi kafedə öldü

23.04.2026 - 17:05Ariz Əhədov

Küləklə bağlı - Xəbərdarlıq

23.04.2026 - 16:50Ariz Əhədov

Bugünkü əməliyyatda saxlanılanların - Adları

23.04.2026 - 16:25Ariz Əhədov

“Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü - Fotolar

23.04.2026 - 16:12Ariz Əhədov

10 gün dərs olmayacaq - Tarixlər 

23.04.2026 - 15:47Ariz Əhədov

Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

23.04.2026 - 15:33Ariz Əhədov

TƏCİLİ! Bu qurumda həbslər BAŞLADI

23.04.2026 - 15:05Ariz Əhədov

Metroda qatarların hərəkəti tam bərpa olundu

23.04.2026 - 14:53Ariz Əhədov

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 161

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 969

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 917

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 103
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.