Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
  • Türkiyədə ard-arda zəlzələlər oldu
  • Polad Bülbüloğlunun ikinci həyat yoldaşından evlilik iddialarına REAKSİYA
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»“O işgəncələri atam edib…” – 14 yaşlı yeniyetmənin qardaşı

“O işgəncələri atam edib...” - 14 yaşlı yeniyetmənin qardaşı

Hadisə Ariz Əhədov02.09.2025 - 12:48
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Anam öləndən sonra bizə xalam baxıb, məni də, qardaşımı da o saxlayıb. Onun qardaşıma işgəncə verməsi ilə bağlı deyilənlər yalandır, həmin işgəncə izləri çoxdanındır, onlar atamın etdikləridir”.

Yeniera.az xəbər verrir ki, bu sözləri “Qafqazinfo”ya valideynlərini itirən və xalası tərəfindən işgəncələrə məruz qaldığı deyilən 14 yaşlı Ü.M-nin qardaşı 21 yaşlı F.Məmmədov bildirib.

Onun sözlərinə görə, atası Vüsal Məmmədov narkotik aludəçisi olub və daim ailəsinə şiddət göstərib. Hətta anası Fəridə Novruzovanı azyaşlı qardaşının gözü qarşısında qətlə yetirib. Bundan sonra isə o, ağır psixoloji travma alıb: “O izlər 5-6 il əvvəldən qalan işgəncə izləridir. Narkotik istifadəçisi idi, psixoloji problemləri var idi. Mənim özümə də işgəncələr verib. Anam onun işgəncələrinin qarşısını almağa çalışırdı. 2019-cü ildə atam anamı qətlə yetirib. Məlumata görə, özü də həbsxanada ölüb. Qətl qardaşımın gözünün qabağında olub, ona görə uşaq ağır psixoloji travma alıb. O vaxtdan da məktəbə getmir, psixoloji müalicə alır…

Qonşularımız anamın sağlığında bir dəfə də olsun, bizim qapımızı açmayıblar. Qapımızı döyüb bir şeyə ehtiyacınız varmı deyə soruşmayıblar. Qardaşımı çay içmək adı ilə evə çağırıb belə bir video çəkiblər. Nə məqsədlə etdiyini də dəqiq bilmirəm”.

F.Məmmədov qeyd edib ki, onlara qəyyumluq edən xalasının qardaşına işgəncə verməsinə heç vaxt imkan verməz: “Uşaq nəsə səhv hərəkət, nadinclik edəndə bütün valideynlər ona bir şillə vurur. Xalam da bir valideyndir, onun da tərəfini tutmuram, demirəm ki, vurmayıb. Amma işgəncə vermək heç vaxt olmayıb. Mənim olanım-qalanım bir qardaşımdır. Heç mən də icazə vermərəm ki, qardaşımı işgəncə versinlər”.

Qeyd edək ki, sosial şəbəkədə 14 yaşlı yeniyetməyə xalası tərəfindən ağır işgəncələr verilməsi ilə bağlı iddialar yayılmışdı. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Faktın təsdiqlənəcəyi təqdirdə yeniyetmənin qəyyumunun əlindən alınaraq sığınacağa yerləşdiriləcəyi bildirilir.

Bənzər Xəbərlər

26.08.2026 - 16:08Gülnar Əliyeva

Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...

26.08.2026 - 15:53Gülnar Əliyeva

Nazirliklə məmurun təsis etdiyi şirkət arasında 15 min manatlıq satınalma müqaviləsi

26.08.2026 - 15:40Gülnar Əliyeva

Bu generalımız da vəzifəli şəxsin oğlu imiş - FOTO

26.08.2026 - 14:55Gülnar Əliyeva

İlham Əhmədova AĞIR İTKİ - FOTO

26.08.2026 - 14:43Gülnar Əliyeva

Bu ərazidə qaz kəsiləcək

26.08.2026 - 14:25Gülnar Əliyeva

Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək

26.08.2026 - 12:40Gülnar Əliyeva

ABB-nin bankomatı vətəndaşı belə çətin vəziyyətə saldı – VİDEO

26.08.2026 - 12:15Gülnar Əliyeva

Rəşad Əliyevə vəzifə verildi

26.08.2026 - 11:56Gülnar Əliyeva

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 892

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 984

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 936

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 752
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.