Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Gəncədə kütləvi zəhərlənmə: 10-a yaxın şəxs…
  • İyul ayı bu 3 bürc üçün pis keçəcək
  • Müdafiə Nazirliyi MƏLUMAT YAYDI – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»REDAKSİYANIN SEÇİMİ»Oba Marketdə qiymət oyunu ifşa olundu – FOTOFAKT

Oba Marketdə qiymət oyunu ifşa olundu - FOTOFAKT

REDAKSİYANIN SEÇİMİ Ariz Əhədov17.02.2026 - 11:37
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Oba” Marketlər şəbəkəsində istehlakçı hüquqlarının kobud şəkildə pozulması faktı qeydə alınıb. Hadisə açıq şəkildə qiymət manipulyasiyası və alıcının aldadılması kimi qiymətləndirilir.

Belə ki, müştəri kartofu neylon torbaya yığdıqdan sonra çəkilməsi məsədi ilə “Oba” marketin işçisinə verir və çəkildikdən sonra məhsulun qiyməti 89 qəpik göstərilsə də, kassada tamam fərqli məbləğ tətbiq edilib. Kassir məhsulu tərəziyə qoyduqda ödəniləcək ümumi məbləğ 1 manat 77 qəpik olaraq əks olunub. Lakin kartla ödəniş tamamlandıqdan sonra istehlakçıya məlum olub ki, kartdan 2 manat 57 qəpik pul çıxılıb.

İstehlakçının etirazından sonra kassir kartofun əsl qiymətinin 1 manat 29 qəpik olduğunu, lakin bu məlumatın “hələ tərəzi sisteminə işlənmədiyini” bildirib. Bu isə alıcının xəbəri və razılığı olmadan daha yüksək məbləğin tutulduğunu açıq şəkildə sübut edir.

Bu, texniki səhv yox, qanun pozuntusudur

Məsələyə hüquqi tərəfdən baxdıqda isə burada söhbət texniki uyğunsuzluqdan deyil, birbaşa qanun pozuntusundan gedir:
“Satış zalında göstərilən qiymət istehlakçı üçün hüquqi öhdəlik yaradır. Kassada və ya sistemdə fərqli qiymətin tətbiq edilməsi satıcının məsuliyyətidir. ‘Sistemə işlənməyib’ arqumenti hüquqi baxımdan əsassızdır və satıcını məsuliyyətdən azad etmir.”

Qeyd edək ki, ‘İstehlakçıların hüquqlarının müdafiəsi haqqında’ Qanunun 13-cü maddəsinə əsasən:
• Alıcıya təqdim olunan qiymət son qiymət hesab edilir;
• Qiymət uyğunsuzluğu yaranarsa, istehlakçı üçün daha ucuz qiymət tətbiq olunmalıdır;
• Əks halda bu hal istehlakçının aldadılması kimi qiymətləndirilir və inzibati məsuliyyət yaradır.

“Bu cür hallar sistemli xarakter daşıyarsa, satıcı barəsində cərimə ilə yanaşı, əlavə nəzarət tədbirləri də tətbiq edilə bilər”

İctimai etimad sual altındadır
İri ticarət şəbəkəsi olan “Oba” marketdə qiymət etiketlərinin real satış qiyməti ilə uyğun gəlməməsi ictimai etimadı ciddi şəkildə zədələyir. Xüsusilə aztəminatlı istehlakçıların gündəlik ərzaq alışında bu cür hallarla üzləşməsi sosial baxımdan da qəbuledilməz hesab olunur.

Qeyd edək ki, istehlakçılar bu kimi hallarla qarşılaşdıqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi şikayət edə bilərlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//Çağdaş.az

Bənzər Xəbərlər

12.07.2026 - 16:29Gülnar Əliyeva

Azərbaycanda tanınmış musiqiçi VƏFAT ETDİ - FOTO

11.07.2026 - 22:35Gülnar Əliyeva

3 gün güclü külək əsəcək - Xəbərdarlıq

11.07.2026 - 22:27Gülnar Əliyeva

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

11.07.2026 - 19:08Gülnar Əliyeva

Növbəti üç günlə bağlı XƏBƏRDARLIQ

11.07.2026 - 19:05Gülnar Əliyeva

Pensiya ilə bağlı MÜHÜM AÇIQLAMA

11.07.2026 - 17:42Gülnar Əliyeva

Polkovnik vəfat etdi - FOTO

11.07.2026 - 17:37Gülnar Əliyeva

Bu şəxslərin diplomları TANINMAYACAQ

11.07.2026 - 14:40Gülnar Əliyeva

Kiçik Qaladərəsi və uşaqları... - Səmimi fotolar

11.07.2026 - 12:42Gülnar Əliyeva

12 iyulla bağlı XƏBƏRDARLIQ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 988

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 393

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 451

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 312
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.