Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Kardioloq həmin səs yazısının ona aid olmadığını – Açıqladı
  • Paşinyan onun işindən narazıdır
  • Dəhşətli qəzada ölən Elmirin fotosu – Hadisə yerindən görüntülər
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Ordumuzla üzbəüz döyüş mövqeyində şok – Erməni hərbçi heyrətləndirdi

Ordumuzla üzbəüz döyüş mövqeyində şok – Erməni hərbçi heyrətləndirdi

Dünya Gülnar Əliyeva05.08.2026 - 11:03
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Təlimlərə çağırılmış biri kimi iyunun 19-da döyüş mövqelərinə qalxdıq”.

Yeniera.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu 25 günlük təlim toplanışında iştirak edən erməni hərbçi bildirib.

O, Ermənistan ordusunun döyüş mövqeləri ilə bağlı sensasion faktları açıb:

“Mövqelərə getməzdən əvvəl bizi Ermənistan Müdafiə Nazirliyinin son vaxtlar fəal şəkildə reklam etdiyi fortifikasiya qurğuları ilə tanış etmişdilər. Əsgərlərin bir qismi səmimi şəkildə düşünürdü ki, biz də buna bənzər təchizata malik mövqelərdə döyüş növbətçiliyi aparacağıq. Lakin acı reallıq budur ki, cəbhə xəttində yerləşən və elə bu dəqiqə də əsgərlərin növbə çəkdiyi döyüş mövqeləri reklam edilən fortifikasiya qurğularına bənzəmir.

Bizim mövqeyimiz qarşı tərəfin birbaşa nişangahında idi. Orada nə sığınacaq, nə bunker, nə də artilleriya zərbələrindən qorunmaq üçün adi səngər çuxurları var idi. Mümkün hücum zamanı oradan sağ çıxmaq mümkünsüz olardı.

Mövqeyimizdə heç bir iriçaplı silah yox idi, hətta “Kalaşnikov” pulemyotumuz da yox idi. Bunun əvəzində həmin pulemyotlar üçün nəzərdə tutulmuş patronlarımız vardı. Qumbaraatanımız da yox idi, amma qumbaraatan mərmilərimiz vardı. Təəccüblüdür ki, mövqedə AK-74 üçün nəzərdə tutulan 5,45 mm-lik patronlar da vardı, amma AK-74 avtomatlarımız yox idi.

Qarşımızda yerləşən Azərbaycan mövqeyi təxminən 150 metr məsafədə idi. Bəzən gecələr azərbaycanlılar böyük fənərlə üzərimizə işıq salırdılar.

25 günlük təlim toplanışı zamanı bizə həvalə edilmiş mövqelərdə gördüklərimin hamısı ordunun problemlərinin dərin və sistemli olduğunu göstərir. Bizə bu gün elə indi təhlükəsiz səngərlər, düzgün bölüşdürülmüş ştatlar və adi silah yağı lazımdır.

Sonda bir “kiçik detal” haqqında: bizə həvalə edilmiş mövqelərin heç birində odun doğramaq üçün balta belə yox idi, halbuki yüksəklikdə hava soyuq idi”.

Bənzər Xəbərlər

05.08.2026 - 12:55Gülnar Əliyeva

Kardioloq həmin səs yazısının ona aid olmadığını - Açıqladı

05.08.2026 - 12:43Gülnar Əliyeva

Paşinyan onun işindən narazıdır

05.08.2026 - 12:16Gülnar Əliyeva

Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi

05.08.2026 - 12:04Gülnar Əliyeva

Avqust ayında pulu tükənməyəcək BÜRCLƏR

05.08.2026 - 11:50Gülnar Əliyeva

Prezidentin fərmanı hansı dəyişikliklərə səbəb olacaq? - AÇIQLAMA

05.08.2026 - 11:38Gülnar Əliyeva

Baş nazir onu sədr müavini təyin etdi - FOTO

05.08.2026 - 11:20Gülnar Əliyeva

Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı: FOTO

05.08.2026 - 10:50Gülnar Əliyeva

Birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT

05.08.2026 - 10:38Gülnar Əliyeva

“Pentaqonun raket ehtiyatları kritik həddə enib”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 591

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 784

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 789

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 613
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.