Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı
  • Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama
  • Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maraqlı»Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı: FOTO

Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı: FOTO

Maraqlı Gülnar Əliyeva05.08.2026 - 11:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sosial şəbəkələrdə Xəzər dənizində ilanların çoxalması ilə bağlı görüntülər və məlumatlar yayılıb. Əksər istifadəçilər kadrlardakı ilanların su ilanları olduğunu bildirsələr də, paylaşımlarda onları gürzə və başqa zəhərli sürünənlər adlandırırlar. Hətta qeyd olunur ki, əvvəllər dənizdə yalnız su ilanlarına rast gəlinirdisə, indi gürzələr də görünməyə başlayıb.Sosial şəbəkələrdə Xəzər dənizində ilanların çoxalması ilə bağlı görüntülər və məlumatlar yayılıb. Əksər istifadəçilər kadrlardakı ilanların su ilanları olduğunu bildirsələr də, paylaşımlarda onları gürzə və başqa zəhərli sürünənlər adlandırırlar. Hətta qeyd olunur ki, əvvəllər dənizdə yalnız su ilanlarına rast gəlinirdisə, indi gürzələr də görünməyə başlayıb.

Bu iddialar nə dərəcədə doğrudur? Onlar hansı səbəblərlə əlaqədar ola bilər? Aidiyyəti dövlət qurumlarının məsələyə müdaxiləsinə ehtiyac varmı?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutu Publik Hüquqi Şəxsinin laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, Xəzər dənizində və Xəzər dənizi sahilində, xüsusilə çimərliklərə bitişik bəzi ərazilərdə ilanlara rast gəlinməsi mümkündür:

“Burada əsasən iki fərqli vəziyyəti bir-birindən ayırmaq lazımdır. Birincisi, Xəzərin qayalıq sahillərində və suya yaxın ərazilərdə yaşayan su ilanlarıdır. Onlar həmin qayalıqlarda məskunlaşır və əsasən balıqlar, balıq körpələri ilə qidalanırlar. Adətən yaşadıqları qayalıq ərazilərdən uzaqlaşmırlar. Lakin çimərlik mövsümündə insanların çoxalması, səs-küy və digər narahatedici amillər onların sığındıqları yerlərdən çıxmasına səbəb ola bilər. Belə hallarda su ilanlarının dənizdə, hətta insanların olduğu ərazilərə yaxın sularda görünməsi mümkündür. Su ilanları zəhərsizdir və insanlar üçün ciddi təhlükə yaratmırlar”.

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-nin əməkdaşları biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov və Elşad Əsgərovun Atv Xəbər-ə müsahibəsi | Canlı Sistemlərin Tədqiqi İnstitutu

Mütəxəssis deyib ki, ikinci qrup isə çimərliklərə bitişik quru ərazilərdə yaşayan ilanlardır:

“Daşlı, kolluq, isti və quru, insanların giriş-çıxışının az olduğu sahələrdə, o cümlədən Xəzərin sahilindəki bəzi ərazilərdə gürzələrə və digər ilan növlərinə rast gəlmək mümkündür. Onlar əsasən belə ərazilərdə sığınaraq yaşayırlar və dənizlə heç bir əlaqələri yoxdur. Lakin çimərlik mövsümündə insanların həmin ərazilərə daxil olması, səs-küy və narahatlıq amili ilanların gizləndikləri yerlərdən çıxmasına və sahilə yaxın ərazilərdə görünməsinə səbəb ola bilər. Buna görə də çimərliklərə bitişik, daşlı, kolluq və insan giriş-çıxışının az olduğu ərazilərdə ehtiyatlı olmaq lazımdır”.

T.İsgəndərov qeyd edib ki, sosial şəbəkələrdə bəzən Xəzərin içərisində müxtəlif ilanların, o cümlədən gürzələrin görüldüyü barədə məlumatlar yayılır:
“Burada məsələyə düzgün yanaşmaq vacibdir. Gürzənin dənizin içərisində yaşaması və dəniz ilanı olması uyğun deyil. Dənizdə və suyun içərisində görülən ilanlar, xüsusilə qayalıq sahələrdən açıq suya çıxanlar, böyük ehtimalla su ilanları ola bilər. Yəni Xəzərin içərisində gürzələrin məskunlaşması barədə yayılan məlumatlarla su ilanlarının dənizdə görünməsini eyniləşdirmək düzgün deyil. Su ilanlarının insanlarla eyni su ərazisində görünməsi isə onların yaşayış yerlərində yaranan narahatlıqla əlaqəli ola bilər”.

Bənzər Xəbərlər

18.08.2026 - 00:15Gülnar Əliyeva

Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı

17.08.2026 - 23:55Gülnar Əliyeva

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

17.08.2026 - 23:40Gülnar Əliyeva

Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ

17.08.2026 - 23:10Gülnar Əliyeva

Fitnes məşqçisi Sara Əliyeva mükafata layiq görülüb

17.08.2026 - 22:45Gülnar Əliyeva

Öldürdüyü ərlərinin sayını özü də xatırlamır: “Qara dul”a AĞIR CƏZA

17.08.2026 - 22:21Gülnar Əliyeva

Pul verib ixtisas seçdirənlərə çağırış etdi

17.08.2026 - 22:19Gülnar Əliyeva

Bakıda gənc müəllim faciəli şəkildə öldü - FOTO

17.08.2026 - 21:40Gülnar Əliyeva

Kamilə Babayevaya ağır itki

17.08.2026 - 21:38Gülnar Əliyeva

Azərbaycanda dəhşətli qəza: 4 ölü, 8 yaralı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 798

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 922

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 887

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 719
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.